Nüvə uğuru İran xalqının müqavimətinin nəticəsi idi
Avq 16, 2015 17:05 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri Əli Laricani deyib: Nüvə müzakirələrində əldə edilən uğur İran xalqının müqavimətinin nəticəsi idi.
İRNA-nın məlumatına görə, Əli Laricani ilk dəfə olaraq Azadələrin şərəfinə təşkil edilən milli konqresdə deyib: Qərblilər dəfələrlə İranın nüvə enerjisinə və nüvə texnologiyasına yiyələnməsi qarşısında maneələr yaratmağa çalışıblar. Amma, nüvə silahlarının yayılmasını qadağan edən NPT protokolunda deyilir ki, nüvə potensialına malik olan ölkə, uranın zənginləşdirilməsi prosesinə malik ola bilər.Ə.Laricani daha sonra İran xalqının İslam İnqilabının qələbə çalmasından öncəki dövrdən qəbul etdirilmiş müharibəyə qədər çətin şəraitə dözməli olduğuna, çətinlikləri fürsətə çevirdiyinə işarə edərək, deyib: Amerika və Vaşinqton heç vaxt İrandan əl çəkməyəcəklər.
İranın qanunvericilik hakimiyyətinin sədri Əli Larican həmçinin, ABŞ və Qərb başçılarının insan haqları ilə bağlı iddialarını yalan adlandırıb və deyib: İŞİD əleyhinə koalisiyanın əsas məqsədi terrorizmə qarşı mübarizə aparmaq yox, bu terrorçu qruplaşmanı idarə etməkdir.