Avq 19, 2015 19:07 Asia/Baku
  • Laricani İranın Suriya xalqına humanitar yardımlarının davam etməsini vurğulayıb
    Laricani İranın Suriya xalqına humanitar yardımlarının davam etməsini vurğulayıb

İran İslam Şurası Məclisinin sədri deyib ki, İran suriyalı bacı və qardaşlarına humanitar yardımların təqdimini özünə borc bilir.

Səhər telekanalının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani çərşənbə günü Tehranda Suriyanın səhiyyə naziri ilə görüşdə əlavə edib ki, Tehran və Dəməşqin humanitar və səhiyyə yardımları sahəsindəki həmkarlığı müsbət addım olub və İran bu yardımları davam etdirəcək.
Laricani həmçinin Suriyanın xalqı və dövlətinin son illərdə çoxlu çətinliklər və məşəqqətlər çəkmələrini yüksək dəyərləndirərək, deyib: Suriyanın xüsusi şəraitinə görə, ümid edirik ki, tezliklə Suriyanın xalqı və dövlətinin terrorçu qruplar üzərində qələbəsinin şahidi olacağıq.
İran parlamentinin sədri daha sonra Suriyanın dərman və müalicəyə olan böyük ehtiyacına toxunaraq, qeyd edib ki, İran İslam Respublikası daim Suriyanın xalqı və dövlətini dəstəkləyib və gələcəkdə də bu himayələri davam etdirəcəkdir.
Suriyanın səhiyyə naziri Nəzar Yazcı da Suriya xalqının İranın mənəvi yardımlarından məmnun qaldığını bildirərək, deyib: Suriya xalqı heç vaxtt İranın dəstəklərini unutmayacaq.
Suriyanın səhiyyə naziri həmçinin suriyalı zərərçəkənlərin müalicəsi üzrə razılaşmaların tez bir zamanda icra olunmasını istəyib.

Teqlər