İranın qüdrətinin təsbiti, nüvə razılaşmasının nəticəsidir
Avq 22, 2015 14:37 Asia/Baku
-
İranın qüdrətinin təsbiti, nüvə razılaşmasının nəticəsidir
İran xarici işlər nazirinin müavini deyib ki, nüvə razılaşmasının əsas nailiyyətlərindən biri, İranın region və dünyadakı qüdrətidir.
İran xarici işlər nazirinin müavini Seyid Abbas İraqçı Tehranda çıxan Etimad qəzeti ilə müsahibədə əlavə edib: İyulun 14-də nüvə razılaşmasına nail olunmayacağı halda, İran qarşısında hərbi seçimin irəli sürülməsi düzgün seçim deyildi, zira bu seçim ümumiyyətlə İran qarşısında öz kəsərliliyini itiribdir.İraqçı bildirib ki, terrorçu İŞİD qrupunun yaradılması, regionda ifratçılıq və terrorizmin yayılması Amerikanın yanlış siyasət və qərarlarının nəticəsi olub.
O, söyləyib: Amerika mütləq İran qarşısında hərbi seçimə əl atmazdı, çünki amerikalılar həmin hərəkətin xərcləri ilə iranlıların öz torpaqları və nailiyyətlərini qorumaq üzrə etiqad stimulları və siyasi iradəsi, eləcə də İranın hərbi qüdrəti ilə tanışdırlar.
İraqçı İranla müzakirə aparmış bütün tərəflər üçün bu həqiqətin qətiləşdiyini bildirib ki, İran xalqı dizə çökmür. O, belə qeyd edib: Bu, şüar deyil və ötən 36 ildə İran xalqı bu həqiqəti nümayiş etdiribdir.
İran xarici işlər nazirinin müavini deyib: İran müzakirələrdə öz istəklərinə çatdı, yəni uran zənginləşdirilməsini və özünün nüvə proqramını təsbit edib, sanksiyaları götürüb və BMT əsasnaməsinin 7-ci fəsli altında olan qətnamələri ləğv edibdir.
İraqçı vurğulayıb: İran nüvə razılaşması nəticəsində özünün heç bir regional siyasətlərindən əl çəkməyib və çəkməyəcəkdir də. Eyni zamanda özünün heç bir müdafiə vasitələrini də itirməyibdir.