Avq 27, 2015 13:57 Asia/Baku
  • Möhsün Pakayin
    Möhsün Pakayin

İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pakayin IRIB müxbiri ilə müsahibədə sanksiyaların ləğvindən sonra İran-Azərbaycan həmkarlığının genişlənməsində sıçrayışın yaranacağından xəbər verib.

Möhsün Pakayin bu müsahibədə sionist rejimin dünyada İranofobiya üzrə səylərinə toxunaraq, deyib: Bu saxtakar rejim şayiə buraxmaqla çalışır dünya xalqlarına təlqin etsin ki, İran nüvə silahları istehsal etmək niyyətindədir.
Xoşbəxtlikdən, İran 5+1 ölkələri arasındakı nüvə müzakirələri çərçivəsində aydın oldu ki, İranın belə bir niyyəti olmayıb və İranın nüvə fəaliyyətləri sırf dinc məqsədlidir. Elə buna görədir ki, bir çox ölkə hazırda İranla əlaqələrini yaxşılaşdırmağa çalışır.
Avropalı ölkələrin rəsmilərinin İrana səfərlərinin artması bu gedişata bir nümunə sayılır.
O, İranın sionist rejim çıxılmaq şərti ilə dünyanın bütün ölkələri ilə əlaqələri genişləndirmək üzrə İranın prinsipial siyasətinə toxunaraq, deyib: Sanksiyaların ləğvindən sonra İranın bütün dünya ölkələri, o sıradan Azərbaycan ilə iqtisadi münasibətləri sıçrayışa malik olacaq. İlk mərhələdə bizim əməkdaşlığımız bank sahəsində genişlənəcək. Bundan əlavə, Azərbaycan ilə turizm, nəqliyyat, ticarət və enerji sahələrində əlaqələrimizi genişləndirməyə hazırlaşırıq. Biz Azərbaycandan olan investorlar üçün Maku və Araz azad iqtisadi məntəqələridn sərmayə yatırmalarından ötrü münasib şərait yarada bilərik. Eyni zamanda, İranın digər məntəqələrində, o sıradan Fars Körfəzində və İranın neftlə münbit digər məntəqələrində Azərbaycandan olan investorlar üçün münasib şərait yarada bilərik.
Həmçinin iranlı investorlar da bu sahələrdə Azərbaycanda sərmayə yatıra bilərlər. Təbiidir ki, belə olan halda, qarşılıqlı ticarət mübadilələri həcmi genişlənəcəkdir.
Möhsün Pakayin iki ölkənin vətəndaşları arasındakı yüksək səfər həcminə işarə edərək, iki ölkə vətəndaşlarının gediş-gəlişlərinin asanlarşdırılması üzrə səylərdən xəbər verib və bildirib ki, iki ölkə vətəndaşlarının quru və hava gediş-gəlişi imkanlarından əlavə, Bakı-Ənzəli marşrutunda lazımi sərnişin gəmilərinin təmini ilə dəniz iki ölkə vətəndaşlarının gediş-gəlişini də təşkil etməyə çalışırıq.
İran səfiri İrana səfər edən Azərbaycan Respublikası vətəndaşlarının sayının on faiz artmasına işarə edərək, deyib: Hər il təqribən bir milyon Azərbaycan Respublikası vətəndaşı İrana, 200 min İran vətəndaşı da Azərbaycan Respublikasına səfər edir. Əlbəttə, Azərbaycan Respublikasına səfər edən iranlıların sayının az olmasının səbəbi, Azərbaycan Respublikası tərəfindən viza rejiminin tətbiq edilməsidir. Bu qənaətdəyik ki, viza rejiminin ləğv ediləcəyi təqdirdə, Azərbaycan Respublikasına səfər edən iranlı müsafir və turistlərin sayında artım yaranacaqdır. Deməliyəm ki, hətta Azərbaycan Respublikasına səfər üçün vizanın alınmasında da problemlər mövcuddur. Əgər bu problemlər aradan qaldırıılarsa, çox yaxşı olacaq, çünki iranlıların səfərdən çox xoşları gəlir. Məsələn, hər il on bir milyon iranlı Türkiyəyə səfər edir.
Səfir həmçinin qarşıdakı günlərdə Bakıda İranın turizm şirkətinin nümayəndəliyinin açılacağından xəbər verib və belə deyib: Məncə, bu şirkətin fəaliyyətinin başlanması ilə Azərbaycan xalqı İranın görməli yerləri barədə daha artıq məlumat əldə edəcək.
İran səfiri bəzi əcnəbi mediaların İranın PKK-nı dəstəklədiyini bildirməsinə dair hiylələrinə işarə edərək, bu kimi xəbərləri təkzib edərək , deyib: İranın Türkiyə ilə münasibətləri stratejidir və bizim istəyimiz həmişə budur ki, Türkiyədə daim sabitlik və təhlükəsizlik hökm sürür. İranın PKK ilə əlaqəsi olmayıb və terrorizmi himayə, ümumiyyətlə İslam İnqilabının məfkurələrinə ziddir.
O, bu qəbildən olan xəbərlərin yayılmasını Qərbin media siyasətinin bir hissəsi adlandırıb.

Teqlər