Sen 03, 2015 09:52 Asia/Baku
  • İran və Sloveniyanın parlament sədrlərinin görüşü
    İran və Sloveniyanın parlament sədrlərinin görüşü

İran və Sloveniyanın parlament sədrləri Nyu-Yorkda dünyanın parlament sədrlərinin 4-cü iclası kənarında görüşərək, qarşılıqlı iqtisadi və siyasi əlaqələrin genişləndirilməsini vurğulayıblar.

İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu görüşdə deyib ki, İran iki ölkənin iqtisadi əlaqələr səviyyəsinin yaxşılaşdırılması istiqamətində iranlı iş adamlarınn imkanlarından istifadə etməyə hazırdır.



Laricani habelə qarşılıqlı parlament əlaqələrinin inkişafını alqışlayaraq, Sloveniyanın İran ilə Altılıq arasındakı nüvə razılaşması qarşısındakı mövqeyini yüksək dəyərləndirib.



Sloveniyanın parlament sədri Milan Bergles də iki ölkə əlaqələrinin xüsusən ticarət sahəsində genişlənməsini rəğbətlə qarşılayıb.



O, Sloveniyanın parlament heyətinin İrana səfərinə toxunaraq, İran İslam Şurası Məclisi sədrinin Sloveniyaya səfər etməsini istəyib.

Teqlər