Sen 11, 2015 10:15 Asia/Baku
  • Laricani İranın mövqeyini açıqlayıb
    Laricani İranın mövqeyini açıqlayıb

İran İslam Şurası Məclisinin sədri Almaniyanın bir nəşri ilə müsahibədə Yaxın Şərqdə sülh, dinc yanaşı yaşama və davamlı təhlükəsizliyi İranın məqsədlərindən adlandırıb və deyib: Regionun bir çox problemi siyasi metodlarla həll olunasıdır.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İslam Şurası Məclisinin sədri Əli Laricani Almaniyanın Franforter Alqmaniya qəzeti ilə müsahibədə bildirib: Regional məsələlərin həlli üçün kollektiv əməkdaşlıq olmalıdır və hərbi yollara əl atmaq nailiyyət gətirməyəcək.


İran və Səudiyyə Ərəbistanının rəqabəti ilə əlaqədar sualı cavablandıran Laricani deyib: İran Ərəbistanla əlaqələri rəqabət çərçivəsində görmür. Səudiyyəlilər bizim qardaşlarımızdır. Lakin bölgədəki yanlışlıqlarını dəstəkləyəcəklərimizi gözləməməlidirlər.


İran parlamentinin sədri Yəmən və Bəhreyni ƏRəbistanın regiondakı yanlışlıqlarının nümunəsi adlandırıb və bildirib: Ər-Riyad bu problemləri diplomatik yolla həll edə bilərdi.


Regionun bir çox probleminin diplomatik metodlarla həll oluna biləcəyini bildirən Laricani xatırladıb: Suriya üçün istənilən həll yolu bu ölkə xalqının iradəsini nəzərə almalıdır.


İran parlamentinin sədri xəbərdarlıq edib ki, Suriyanın dağılması terrorçulara hədiyyə hesab olunacaq.


Laricaninin sözlərinə görə, son 10 ildə bölgədə olan istənilən işğal və müharibə zamanı - Əfqanıstandan tutmuş İraq və Suriyaya qədər - yeni terror qruplaşmaları yaranmışdır və bu məsələ müharibə ilə üzləşən Yəməndə də təkrarlana bilər.


"İran terrorizmlə ciddi şəkildə mübarizə aparan yeganə ölkədir" deyən parlament sədri bildirib: Bir qrup ölkə terrorizmlə savaşda olduqlarını deyirlər. Lakin əslində onlara kömək edirlər və mövcud faktlar bəzi ölkələrin vasitələrlə terrorçulara maliyyə yardımlar etdiyini göstərir.


Laricani İran və 5+1 qrupu arasındakı nüvə anlaması barəsində deyib: Vyana anlaşması qəbulediləsidir. Əlbəttə ABŞ hökuməti İrana qarşı düşmənçilikdən heç vaxt əl çəkməyib və elə bir şeyləri tətbiq edib ki, nə məntiqi əsası var, nə də texniki və hüquqi. İran İslam Respublikası bu müzakirələrdə məqsədlərini əldə etdi.


İslam Şurası Məclisinin sədri İran və Amerika arasında əlaqələrin yaxşılaşması ehtimalı barədəki sualı belə cavablandırıb: Bu məsələ Amerikaya bağlıdır. İslam İnqilabının Böyük Rəhbərinin dediyi kimi nüvə anlaşması bu sahədə bir sınaq olacaqdır.

Teqlər