Yerli və xarici sərmayə sahibləri İranın Çabahar limanında
Sen 12, 2015 20:16 Asia/Baku
İranın Sistan və Bəluçestan vilayəti, Çabahar Azad Ticarət Zonası Təşkilatının icraçı müdiri bu limana maraq göstərən yerli və xarici sərmayə sahiblərinin sayında xeyli artımın olduğunu bildirib.
İSNA xəbər agentliyinin verdiyi məlumata görə, Hamid Əli Mübarəki deyib: Çabahar Azad Ticarət Zonası Təşkilatının icraçı müdiri Hamid Əli Mübarəki əlavə edib: Çabahar limanı beynəlxalq tranzit və yüklərin daşınması baxımından tanınmış bir məntəqədir.Hamid Əli Mübarəki daha sonra Çabahar limanını dünya ticarət bazarlarını birləşdirən halqa adlandırıb.
Onun dediyinə görə, ötən 2 ildə dövlət bu məntəqəyə xüsusi qayğı və diqqət ayırıb. Bunun nəticəsində yerli və xarici sərmayə sahiblərinin Çabahar limanına marağı xeyli artıb.
Çabahar Azat Ticarət Zonası Təşkilatının icraçı müdiri həmçinin deyib: Sistan və Bəluçestan vilayətində Negin Məkran neft-kimya kompleksinin icra əməliyyatına startın verilməsi ilə bu məntəqənin iqtisadi inkişafında ciddi dəyişikliyin, ictimai, mədəni və iqtisadi yöndə irəliləyişin şahidi olacağıq.