İran və Braziliya xarici işlər nazirlərinin birgə mətbuat konfransı
Sen 13, 2015 15:10 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri Hərtərəfli Müştərək Addım Proqramının icrasına görə ABŞ dövlətinin məsuliyyət daşıdığını bildirib.
İİR XİN başçısı Məhəmməd Cavad Zərif bu gün səhər Tehranda səfərdə olan Braziliyanın xarici işlər naziri Mauro Luis İeker Viera ilə birgə mətbuat konfransında deyib: İran İslam Respublikası nüvə anlaşmasının icrasına görə ABŞ dövlətinin məsuliyyət daşıdığını bildirir və ABŞ Konqresi Hərtərəfli Müştərək Addım Proqramına qarşı addımlarını dayandırmalıdır.Zərif əlavə edib: Sionist rejim və Amerikadakı müharibə tərəfdarı olan qruplar istənilən növ anlaşma ilə müxalifdirlər. Çünki, onların mənafeyi qarşıdurma və müharibədədir.
Zərif həmçinin bəzi region ölkələrində cərəyan edən hadisələrə işarə edərək, deyib: Tehran Suriya, Yəmən, Liviya və digər böhranlara son qoymaq məqsədi daşıyan istənilən beynəlxalq səyi dəstəkləməyə hazırdır.
Braziliya xarici işlər naziri də bu mətbuat konfransında İran və 5+1 qrupu arasında əldə olunmuş anlaşmanı diplomatik bir qələbə adlandırıb.