Sen 14, 2015 20:32 Asia/Baku
  • AEBA və Altılar öz öhdəliklərinə sadiq qalsınlar
    AEBA və Altılar öz öhdəliklərinə sadiq qalsınlar

İranın Atom Enerjisi Təşkilatının sədri Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məxfi məlumatlarının bir hissəsinin yayımlanması ehtimalı ilə bağlı nigaranlıq edib.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Vyanada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu iclasında deyib: İran İslam Respublikası nüvə işi ilə bağlı hərtərəfli müştərək addım proqramı və yol xəritəsi qarşısındakı öhdəliklərinə sadiq olduğunu sübut edib. Bunun müqabilində AEBA və Altılar qrupundan sanksiyaları ləğv etməklə, qarşılıqlı addımı atmasını gözləyir.


Salehi daha sonra deyib: İran və Altılar qrupu arasında nüvə anlaşması sənədinin imzalanması ilə yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə İran arasında yol xəritəsinin imzalanması İranın yerdə qalan məsələlərin həllində qətiyyətli və konstruktiv mövqeyə malik olmasının nişanəsidir.


Salehi əlavə edib: son nüvə anlaşmasının dünya ictimaiyyəti üçün müraciəti sanksiyalar və hərbi təhdidlərin İran xalqının iradəsinə heç bir təsir göstərə bilməyəcəyidir.


İranın Atom Enerjisi Təşkilatının sədri həmçinin deyib: Beynəlxalq Atom Enerjisi Təşkilatının əsasnaməsinə görə, bu təşkilatın əsas vəzifəsi nüvə enerjisindən dinc məqsədlər üçün istifadəni himayə etməkdir və İran İslam Respublikası da İslam İnqilabının Böyük Rəhbərinin fətvası əsasında kütləvi qırğın silahlarının istehsalı, saxlanılması və istifadəsini qeyri-qanuni hesab edir. Bunları nəzərə alaraq, İran nüvə texnologiyasından dinc məqsədlər üçün istifadəni qarşıya məqsəd qoyub.


İranın Atom Enerjisi Təşkilatının sədri daha sonra deyib: Şübhəsiz dünyanın sülhsevər xalqları və dövlətlərinin İranın nüvə proqramını himayə etməsi İran və AEBA arasındakı əməkdaşlıqları daha da sürətləndirmiş olacaq.


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin direktoru Yokio Amano da agentliyin 59-cu iclasında çıxışı zamanı deyib: Mövcud anlaşmaya əsasən İran yazılı şəkildə izahat vermək və faktlar təqdim etməklə yerdə qalan məsələlərə aydınlığın gətirilməsi istiqamətində addım atıb.

Teqlər