Sen 15, 2015 10:30 Asia/Baku
  • Amano gələn bir neçə gündə Tehrana səfər edəcək
    Amano gələn bir neçə gündə Tehrana səfər edəcək

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bir daha Tehrana səfər edəcək.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano ilə Vyanada görüşdən sonra deyib: Agentliyin bir qrup müfəttişi Tehrandadır və baş direktoru da gələn 3-4 gün ərzində İrana səfər edəcək.


Salehi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən illik konfransının kənarında bildirib: Amano ilə müzakirə olunan məsələ İranın keçmiş və hazırdakı nüvə fəaliyyətləri ilə əlaqədar olmuşdur.


İranın Atom Enerjisi Təşkilatının sədri xatırladıb: İran son vaxtlar Vyanada Yukiya Amano ilə anlaşma imzalayıb və bu anlaşma tam normaldır və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə üzv ölkələr bəzi proseslərin araşdırılması barəsində bu qurumla anlaşma edirlər və bu anlaşmanı adətən elan etmirlər.


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu illik iclası bazar ertəsi günü bu agentliyə üzv ölkələrin energetika nazirləri və əlaqədar rəhbərlərinin iştirakı ilə Vyanada başlayıb.

Teqlər