Sen 18, 2015 10:42 Asia/Baku
  • İsrail
    İsrail "nüvə silahı olmayan Yaxın Şərq" ideyasının gerçəkləşməsi qarşısında ən böyük maneədir

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən konfransındakı nümayəndəsi sionist rejimi "nüvə silahı olmayan Yaxın Şərq"in formalaşması qarşısında duran ən böyük maneə adlandırıb.

İRNA-nın məlumatına görə, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Vyanada keçirilən konfransındakı nümayəndəsi Rza Nəcəfi bir bəyanatla çıxış edərək, İranın təşəbbüsü ilə irəli sürülən "nüvə silahı olmayan Yaxın Şərq" ideyasının BMT-nin ümumi assambleyasında bir qətnamə olaraq qəbul edilməsindən 4 onilliyin keçməsinə işarə edərək, deyib: bu mövzu ilə bağlı qətnamələr həmişə, barəsində səsvermə keçirilmədən təsdiq edilir ki, bu da onun nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir.
Nəcəfi əlavə edib: İran İslam Respublikası nüvə silahlarının yayılmasını qadağan edən NPT protokoluna qoşulmaq və dinc məqsədlər üçün olan nüvə təsisatlarına baxışın keçirilməsinə icazə verməklə, nüvə silahlarının məhv edilməsi ideyasında nə qədər səmimi və qətiyyətli olduğunu nümayiş etdirmiş oldu.
İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi daha sonra deyib: İsrail rejimi BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin siyasi və hərbi dəstəyi ilə, NPT protokoluna qoşulmaqdan çəkinir və öz gizli hərbi nüvə təsisatlarında təftişlərin aparılmasına icazə vermir. Buna görə də, bu rejimin qadağan olunmuş təhlükəli nüvə fəaliyyətləri region və dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhdid sayılır.
Qoşulmama hərəkatı cümə axşamı Vyanada, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu illik konfransında bir bəyanat yayaraq, İsrail rejiminin NPT protokoluna qoşulmasına və öz nüvə təsisatlarının qapılarını AEBA-nın üzünə açmasına təkid edib.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 59-cu illik iclası bazar ertəsi günü Vyanada işə başlayıb.

Teqlər