Sen 19, 2015 19:14 Asia/Baku
  • İran qazının Bəsrəyə ixracı müqaviləsi imzalanır
    İran qazının Bəsrəyə ixracı müqaviləsi imzalanır

İran qazının İraqın cənubuna nəqli boru kəmərinin çəkilməsi ilə əlaqədar araşdırmaların yekunlaşması ilə Bəsrəyə qaz ixracı müqaviləsi imzalanacaq.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İranın Milli Qaz Şirkətinin beynəlxalq şöbəsinin direktoru Əzizullah Ramazani deyib: Hazırda İran qazının İraqın cənubuna nəqli üzrə boru kəmərinin çəkilməsi ilə əlaqədar iranlı və iraqlı tərəflərin araşdırmaları yekunlaşıb və bu ölkə ərazisində icra fəaliyyətlərinin bir hissəsinə başlanılıb.
Ramazani əlavə edib: İran Bəsrəyə qaz ixracına hazır olduğunu bildirib. İraqın təhlükəsizliyinə görə, bu barədə qərarın verilməsi ləngiyib.
İranın Milli Qaz Şirkətinin beynəlxalq şöbəsinin direktoru söyləyib: Gündəlik 25 milyon kubmetr qazın Bəsrəyə ixrac olunması üzrə müqavilə imzalanması üçün müzakirələr aparılmaqdadır və müqavilə imzalandıqdan sonra icra işləri başlanacaq.

Teqlər