Sen 20, 2015 19:37 Asia/Baku
  • AEBA-da İran işi ilin sonuna qədər bağlanacaq
    AEBA-da İran işi ilin sonuna qədər bağlanacaq

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru bildirib: MAQATE-də İran işi 2015-ci ilin sonuna qədər bağlanacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yukiya Amano bazar günü İran İslam Şurası Məclisində Yekun Müştərək Təşəbbüs Proqramı üzrə xüsusi komissiyanın iclasında iştirakı konstruktiv adlandırıb və deyib: Bu iclas nüvə məsələsində anlaşma üçün yaxşı fürsətdir. Çünki iki tərəf danışıqlara ehtiyaclıdır.
Amano bildirib: Ötən 6 il ərzində ən yaxşı fürsət yaranmışdır ki, İranın nüvə məsələsini həll etmək olsun. Tehran tam əməkdaşlığı ilə beynəlxalq ictimaiyyətin diqqətini İranın nüvə fəaliyyətlərinin sülhməramlı məqsədlər daşıdığına cəlb edə bildi.
Əlavə protokolun icrasında İranın könüllü addımını müsbət və İranın nüvə fəaliyyətlərinin sülhməramlı mahiyyətinin sübut olunmasında təsirli kömək adlandıran Amano bildirib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran tərəfindən əlavə protokolun icra olunması istiqamətində heç bir ayrı-seçkilik və yaxud xüsusi və istisna hal olmadan addım atacaqdır.
AEBA baş direktoru agentliyin gizli məsələlərə hörmətlə yanaşdığını və onu ciddi hesab etdiyini qeyd edərək bildirib: Bu agentliyin gizli məlumatların qorunması üzrə sistemi vardır və ona sadiqdir.
"Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranla bir yol xəritəsi üzərində razılaşıb və bu günə qədər zaman cədvəli üzrə müsbət addımlar atılıb. Qərara alınıb ki, qalan texniki məsələlər ilin sonuna qədər sona çatdırılsın.
AEBA baş direktoru həmçinin Tehran Tədqiqat Reaktorunun 20%-lik yanacağının təmin olunmamasının səbəbi barəsində deyib: Agentlik İranın müraciət etdiyi ildə bu sahədə öz səyini göstərdi. Lakin təəssüflər olsun ki, bu anlaşma digər ölkələrin müxalif olmasına görə zamanında əldə olunmadı və bu məsələnin agentliklə əlaqəsi yoxdur.

Teqlər