Sen 24, 2015 19:21 Asia/Baku
  • Ərəbistanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
    Ərəbistanın Tehrandakı müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Mina hadisəsi ardınca İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının etirazı ona elan olunub.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahian Şeytanı Daşlama Mərasimindəki hadisədə Ərəbistan rəsmilərinin məsuliyyət daşıdığını bildirərək deyib: Ərəbistan rəsmiləri mövcud böhranın idarə olunması və zəvvarların tam təhlükəsizliyinin bərqərar olunması üçün dərhal təsirli addımlar atmalıdırlar.
Qurban bayramı günündə Allah Evinin yüzlərlə zəvvarı Ərəbistan rəsmilərinin bacarıqsızlığı və etinasızlığı ilə Rəmy Cəmərat Şeytanı Daşlama Mərasimindəki hadisə nəticəsində həlak olub.
Bir neçə gün öncə Məscidul-Haramda qaldırıcı yük kraının aşması nəticəsində yüzlərlə zəvvar həlak olmuş və yaralanmışdı. Bunun ardınca isə Minada xoşagəlməz hadisə baş verib.
Xəbər mənbələri səudiyyə Ərəbistanında builki həcc təşkilatçılarının yetərsizliyi və etinasızlığına toxunaraq bildiriblər ki, Minada cəmiyyətin izdihamı nəticəsində 700 nəfərdən çox insan həlak olub və təxminən 1000 nəfər də yaralanıb.
Bu faciəli hadisə nəticəsində 43 iranlı zəvvar da həlak olub.

Teqlər