Ərəbistanın müvəqqəti işlər vəkili yenidən İran XİN-ə çağırıldı
https://azeri.sahartv.ir/news/İran-i197911-Ərəbistanın_müvəqqəti_işlər_vəkili_yenidən_İran_xİn_ə_çağırıldı
Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Mina hadisəsi və hacıların kütləvi şəkildə həlak olması ardınca ikinci dəfə olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının etirazı ona bildirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 25, 2015 15:49 Asia/Baku
  • Ərəbistanın müvəqqəti işlər vəkili yenidən İran XİN-ə çağırıldı
    Ərəbistanın müvəqqəti işlər vəkili yenidən İran XİN-ə çağırıldı

Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili Mina hadisəsi və hacıların kütləvi şəkildə həlak olması ardınca ikinci dəfə olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının etirazı ona bildirilib.

Ərəbistanın icra orqanlarının yanlış idarəçiliyi nəticəsində həlak olan zəvvarların sayının artması ardınca Ərəbistanın Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb və ondan istənilib ki, Ərəbistan həlak olanların İrana köçürülməsi və yaralıların müalicə mərkəzlərinə nəql olunması üçün lazımi əməkdaşlıqları etsin.