Sen 27, 2015 19:41 Asia/Baku
  • Seyid Yəhya Rəhim Səfəvi
    Seyid Yəhya Rəhim Səfəvi

İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri deyib: Mina faciəsi göstərdi ki, Ali-Səud təkəbbürlü bir rejimdir və həcc mərasimini keçirmək səlahiyyətinə malik deyil.

Sepah Nyus-un məlumatına görə, İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanının köməkçisi və baş müşaviri general-leytenant pasdar Seyid Yəhya Rəhim Səfəvi bazar günü Tehranda İraqın İrana qarşı səkkizillik müharibəsində Abadanın mühasirəsinin sındırılmasının ildönümü günü mərasimində Səudiyyə krallığının Mina faciəsi qarşısındakı məsuliyyətdən kənar və qeyri-islami rəftarlarına toxunaraq, deyib: Ali-Səud zəvvarlara və bədən xəsarəti alanlara yardımın çatdırılması və hətta baş çəkilməsinə maneə törətdi və göstərdi ki, köhnə və qeyri-insani təfəkkürə malik təkəbbürlü bir rejimdir.
General-leytenant Rəhim Səfəvi müsəlmanların böyük həcc mərasiminin keçirilməsi üçün çarə qılmaları vacibliyinə toxunaraq, deyib: Səudiyyə Ərəbistanı rejimi hacıların təhlükəsizliyinin təminində səhlənkarlıq məsuliyyətini qəbul edərək, onlardan üzr istəməlidir.
İranın Silahlı Qüvvələrinin Ali Baş Komandanının baş müşaviri ümidvarlıq edib ki, islami dövlətlər təkəbbürlü Ali-Səud rejimi qarşısında fəal bir mövqe tutacaq və Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın həqiqət axtarma komitəsinin təşkilinə dair təklifini həyata keçirəcəklər.

Teqlər