Sen 30, 2015 19:07 Asia/Baku
  • Məhəmməd Sərəfraz
    Məhəmməd Sərəfraz

İranın sərhədaşırı kanallarından biri kimi fəaliyyət göstərən urdu televiziyası öz yayım saatını artıraraq, müstəqil bir telekanal formasına düşdü. Urdu telekanalı bundan sonra Səhər kanalının azəri və kürd televiziyaları kimi sutkalıq fəaliyyət göstərəcək.

Səhər kanalı 1997-ci ildə İranın ilk sərhədaşırı telekanalı kimi təsis olundu.
Son 7 ayda Səhər kanalı ilk dəfə olaraq, üç telekanaladək genişləndi və ingilis, urdu, bosniya, kürd və azərbaycan dilləri kimi dilləri əhatə etdi. Sutkalıq olan ilk kanallar kürd və azəri dilli kanallar idi. Səhər kanalı daim tamaşaçılar və müsəlmanlar tərəfindən rəğbətlə qarşılanan kanallardan biri olub.
İran Teleradio Təşkilatının sədri İranın sərhədaşırı urdu dilli müstəqil kanalının açılışı mərasimində təbrik deyərək, bildirdi: Urdu dilinin hal-hazırda, Hind yarımqitəsində, fars və urdu dillərinin bir çox ortaqlığa malik olduqlarına görə, fars dilinin kənarında qorunması məqsədəuyğundur. Ümid edirik ki, bu hadisə bütün Hind yarımqitəsində urdu dillilərlə daha artıq əlaqəyə səbəb olacaq. Fars dili bir neçə yüzillik tarixə malikdir və Hind yarımqitəsinin əhalisi fars dili ilə tanışdır.
Məhəmməd Sərəfraz söyləyib: Yeni kanallar təbii ki, interaktiv olmalıdırlar və tamaşaçı ilə birtərəfli surətdə danışa bilməzlər. Bu interaktivliyin bir hissəsi veb mühitində və virtual mühitdə mümkün olacaq.
O, çıxışının davamında Mina faciəsinə toxunaraq, deyib: Ötən həftə və düz Qurban bayramında Mina məntəqəsində müsəlman hacılar üçün olduqca acı bir hadisə baş verdi. Ərəbistanın yardım göstərməsinə dair heç bir təsvir qeydə alınmayıb. Bundan əlavə, eşitdiyimizə görə, öz fotoaparatı və ya mobil telefonu ilə təsvirləri qeydə alan hər bir şəxsin bu vəsaitlərini əllərindən alıb və təsvir çəkmələrinə mane olublar.
İran Teleradio Təşkilatının sərhədaşırı bölmə üzrə sədr müavini isə deyib: Urdu dilli bölgə böyük önəmə malikdir və yeddi əsr ərzində urdu dilli ölkələr arasında formalaşmış irsə görə, biz öz tamaşaçılarımızı digər mediaların işıqlandırmadıqları daha artıq dini anlamlarla tanış etmək niyyətindəyik.
Səhər kanalı kompleksinin müdiri də əsl İslamın təqdim olunması, İran-İslam meyarının bəyan edilməsi, həmçinin İslam İnqilabının mesajı və siyasət dialoqunun təqdimini bu beynəlxalq kanalın fəaliyyətlərinin sərlövhəsi adlandırıb.
Mərasimdə Mir Seyid Əli Həmədani və Muhəmməd İqbal Lahuri kimi iki urdu dilli şair yad edilibdir.

Teqlər