İranın Bakıdakı səfirliyində Mina faciəsi qurbanları anılır
Sen 30, 2015 21:24 Asia/Baku
-
İranın Bakıdakı səfirliyində Mina faciəsi qurbanları anılır
Azərbaycan Respublikasında müxtəlif ölkələrin diplomatlarından bir qrupu bu gün İranın Bakıdakı səfirliyində olaraq, Mina faciəsi ilə bağlı başsağlığı verib, İran xalqının kədərinə şərik olaraq, bu faciənin iranlı qurbanlarının anım dəftərini imzalayıb.
Yaponiya, Yunanıstan, Hollandiya səfirləri, Tacikistanın Azərbaycan Respublikasındakı səfirliyinin ikinci şəxsi bu gün günortadan öncə İranın Bakıdakı səfirliyi məkanında olaraq, İran xalqının kədəri ilə bölüşdüklərini İran İslam Respublikasının Azərbaycandakı səfirinə bildirib və bu münasiblə anım dəftərini imzalayıblar.Həmçinin bu gün Azərbaycan Respublikasının bir qrup din xadimi, o sıradan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev, Nardaranda Rəhimə Xatun(s.ə.) ziyarətgahının imam camaatı Hacı Nuhbala bu qəsəbənin bir qrup ağsaqqalı ilə yanaşı, İran səfirliyində olub, İranın dövləti və xalqının dərdi ilə bölüşərək, bu faciənin baş verməsinə səbəb olmuş səudiyyə başçılarının səhlənkarlığını pisləyiblər.
Bu anım dəftəri Azərbaycan Respublikasındakı diplomatlar və bu ölkənin dövlət rəsmilərinin imzası üçün sabah axşamadək İran səfirliyi məkanında açıq olacaq.
İran İslam Respublikasının Azərbaycandakı səfiri bu mərasimin kənarında müxbirlərlə müsahibədə bütün müsəlmanların qurbanlarının ailələrnin kədəri ilə bölüşərək, deyib: Təəssüf edirik ki, hacılara ev sahibliyi edən bir ölkə bu faciənin məsuliyyətini qəbul etmir.
Möhsün Pak Ayin Ərəbistanın Azərbaycan Respublikasındakı səfirinin hacıların iğtişaşa görə ölmələrinə dair sözlərinə toxunub və bu kimi ifadələri əsassız adlandıraraq, deyib: Bu hadisədə indiyədək Nigeriya, İran, Pakistan və Misirdən olan beş minə yaxın insan həyatını itirib, bu şəxsləri necə iğtişaş amilləri adlandırmaq olar?
İran səfiri Ərəbistanın Beytullahulhəram hacılarının həyatlarının təhlükəsizliyinin qorunması üzrə məsuliyyətini xatırladaraq, əlavə edib: Ərəbistan məmurlarının zəif idarəçiliyi bu faciənin əsas amili olub və biz doğrudan həccin gələcəyindən və qarşıdakı illərdə bu kimi faciələrin təkrarlanacağından nigaranıq və islami ölkələr bu faciələrin təkrarlanmaması üçün lazımi addımları atmalıdırlar.
İran səfiri əlavə edib: Biz bu qənaətdəyik ki, İslam Əməkdaşlığı Təşkilatı tez bir zamanda, hacıları bu hadisədə şəhid olmuş ölkələrin iştirakı ilə hadisənin müxtəlif cəhətlərini araşdırmaq üçün faktaraşdırıcı heyət yaratmalı, bu məsələni diqqətlə araşdırmalı və İslam Dünyasına məlumat verməlidir.