Okt 04, 2015 11:02 Asia/Baku
  • İran XİN Mina faciəsi barədə bəyanat verib
    İran XİN Mina faciəsi barədə bəyanat verib

İran Xarici İşlər Nazirliyi Qurban bayramı günü Minada minlərlə iranlı və qeyri-iranlı zəvvarın ölməsi və yaralanması ilə nəticələnən faciə ilə bağlı dünya müsəlmanları, İslam İnqilabının Böyük Rəhbəri və İran xalqına baş sağlığı verib.

İran XİN-i şənbə günü verdiyi bəyanatda iranlı hacıların müsibət görmüş ailələrinin kədərini paylaşaraq, Mina faciəsi yaralılarına Allahdan şəfa diləyib və bildirib ki, bu nazirlik özünü Mina faciəsi qurbanları və zərərçəkənlərinin hüquqlarının tam şəkildə təmin edilməsi üçün bütün diplomatik patensiallarından istifadə etməyə borclu bilir.
İranın Xarici İşlər Nazirliyi Allah Evi zəvvarlarının təhlükəsizliyinin təmin edilməsi üçün Ərəbistan dövləti və rəsmiləri tərəfindən lazımi tədbirlərin görülməsini vacib adlandırıb və yaşanan faciəyə görə Ərəbistan dövlətinin məsuliyyət daşıdığını bildirib.
İran XİN-i daha sonra Ərəbistan rəsmilərindən istəyib ki, iranlı zəvvarların cənazələrinin müəyyən edilərək, İrana köçürülməsi üçün İranın Həcc və Ziyarət Təşkilatı rəsmiləri ilə tam əməkdaşlıq etsinlər.

Teqlər