Okt 11, 2015 15:29 Asia/Baku
  • Laricani: Anti-Terror koalisiyası ABŞ üçün bir rüsvayçılığa çevrilib
    Laricani: Anti-Terror koalisiyası ABŞ üçün bir rüsvayçılığa çevrilib

İran İslam Şurası Məclisinin sədri deyib: Anti-terror koalisiyası ABŞ və müttəfiqləri üçün bir rüsvayçılığa çevrilib.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani bazar günü parlamentin plenar iclasında regiondakı terrorçuluq fəaliyyətlərinə işarə edərək, deyib: Bu rəftarlar, regionda meydan sulamaqla məşğul olan amansız tərəflərin ruhi və psixoloji baxımdan çaş-baş qalmalarının nişanəsidir.

Əli Laricani əlavə edib: Sionist rejim də İslam ölkələrində yaranmış çaşqın vəziyyətdən sui-istifadə edərək, müsəlmanların birinci qibləsinə hörmətsizlik edib və müsəlmanların əl-Əqsa məscidinə daxil olmasına icazə verməyərək, müsəlmanlara qarşı işgəncə və qırğın siyasətindən faydalanıb.
İran Parlamentinin sədri təəssüf doğuran məsələnin sionist rejimin cinayətləri müqabilində İslam ölkələrinin sükut etməsi adlandırıb və deyib: Sionist rejimin bu cinayətləri qarşısındakı bu qeyrətsizlik Fələstinin məzlum və müsəlman xalqının ayılmasına səbəb oldu. BUna görə də bu günlər Fələstində müqavimətin parlaq günləri müşahidə olunmaqdadır.
Laricani Türkiyənin paytaxtı Ankarada törədilən terror aktı barədə də deyib: Türkiyədə onlarla nəfərin həyatına son qoyan çirkin terror oyunu regionü bürüyən böhranın başqa bir guşəsini göstərmiş oldu.
İran İslam Şurası Məclisinin sədri regiondakı bütün terror aktlarının bir xəbis cəhətə malik olduğunu, İslam ölkələrin təhlükəsizlik böhranı ilə üzləşdirməyə hesablandığını bildirib və deyib: Bəlkə də 2-ci dünya müharibəsindən sonra Yaxın Şərq məntəqəsi heç vaxt belə bir xaos-un şahidi olmayıb və belə nəzərə gəlir ki, region üçün yeni bir plan icraya qoyulub və İslami Oyanışın önünü kəsməyə çalışırlar.
İran İslam Şurası Məclisinin sədri İran və 5+1 qrupu arasındakı nüvə müzakirələri barədə də deyib: İran nüvə texnologiyasına sahib olan bir ölkə mövqeyindən çıxış edir və xalqın müqaviməti sayəsində İran elə bir nöqtəyə çatıb ki, artıq geriyə yol yoxdur və düşmən də bütün sanksiyalara və təzyiqlərə rəğmən, müzakirə masasına qayıtmağa və müzakirə istəyi ilə çıxış etməyə məcbur oldu.

Teqlər