Okt 12, 2015 18:21 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı
    İslam İnqilabının Böyük Rəhbərinin bəyanatı

İslam İnqilabının Böyük Rəhbəri İranın Teleradio Təşkilatını yumşaq müharibə ilə mübarizənin ön və fəal qərargahı adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei İranın Teleradio Təşkilatının sədri və müdirləri ilə görüşdə "Hegemonçuluq sisteminin İran İslam Respublikasına qarşı planlaşdırılmış və geniş yumşaq müharibəsi"nin hədəflərini bəyan edərək, xalqın inamlarının dəyişdirilməsini bu mürəkkəb savaşın ən əsas hədəfi adlandırıb və Teleradio Təşkilatının bu ciddi meydandakı özünəməxsus rolunu vurğulayıblar.
O həzrət Teleradio Təşkilatının İran İslam Respublikası quruluşundakı önəminə və bu təşkilatın yumşaq müharibənin təhlükələri və mürəkkəblikləri ilə gözlənilməz və qaçılmaz mübarizəsinə işarə edərək, əlavə ediblər: Yumşaq müharibə sərt müharibənin əksinə olaraq, aşkar, anlaşılan və duyulan deyil və hətta bəzi hallarda qarşı tərəf öz zərbəsini vurur, amma hədəfə alınmış cəmiyyət yuxululuq və hücumlarla bağlı hissiyyatsızlığa düçar olub.
İslam İnqilabının Böyük Rəhbəri dünya, xüsusən Amerika və Avropa qarşısında gənclərdə qeyri-real inamların yaradılması və onlardan problemsiz, əmin-aman, rahat və inkişaf etmiş ölkələr təsvir etməyi yumşaq müharibənin hədəflərindən sayıb və belə qeyd ediblər: Hazırlanmış yumşaq müharibənin əsas və yekun hədəfi, xalqın, xüsusilə gənclərin imanını süstləşdirmək və inamları dəyişdirmək yolu ilə İslam Respublikasında daxili boşalma və daxili transformasiya yaratmaqdır.
Həzrət Ayətullahuluzma Xamenei vurğulayıblar: Düşmənin yumşaq müharibəsinin hədəfləri çərçivəsində İslam Respublikası adının qalması və hətta onun başında bir ruhaninin olması mühüm deyil, mühüm odur ki, İran Amerika, sionizm və beynəlxalq qüdrət şəbəkəsinin hədəflərini təmin etmiş olsun.
İslam İnqilabının Böyük Rəhbəri intensiv səy, iş və proqramlaşdırmanı yumşaq müharibə konstruktorları və icraçılarının bariz özəlliklərindən sayıb və belə qeyd ediblər: İran xalqı ilə qarşı cəbhədə duran yazılı, təsvirli və səsli məhsulların hamısında yumşaq müharibənin hədəf və məqsədləri və əlbəttə, başlıca olaraq, dolayısı ilə izlənilir və təlqin olunur.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin İranın Teleradio Təşkilatını İran İslam İnqilabı və hökumətinin mediası adlandırıb və söyləyiblər ki, bu medianın müdir və işçiləri yumşaq müharibənin sərkərdələri və əsgərləridirlər.
Həzrət Ayətullahuluzma Xamenei düşmənlərin yumşaq müharibəsi qarşısında milli medianın hədəflərinin aydın şəkildə reallaşması üçün ən mühüm işi, İran İslam Respublikasının beynəlxalq, regional və daxili şəraitindən real, düzgün və əsaslı təhlilə nailolma adlandırıblar. O həzrət deyiblər ki, bu təhlil zehinləri, Teleradio Təşkilatının vücudunu və idarəçiliyin müxtəlif səthlərinin istiqamətlənmələrini möhkəmlədir və bütün fəaliyyətlərin əsası olur.

Teqlər