Okt 14, 2015 21:11 Asia/Baku
  • İran və İndoneziya xarici işlər nazirləri görüşüblər
    İran və İndoneziya xarici işlər nazirləri görüşüblər

İran və İndoneziya xarici işlər nazirləri Tehranda görüşüb, ikitərəfli əlaqələrin genişləndirilməsi haqda danışıqlar aparıblar.

İRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və onun İndoneziyalı həmkarı Retno Mersudi bu gün Tühranda görüşüb, ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi və möhkəmləndirilməsinə təkid ediblər.
Zərif bəzi maneələrin aradan qaldırılması ilə ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyini bildirərək, ümidvarlıq edib ki, İran və İndoneziya arasında neft və qaz, enerji və texnologiyalar sahəsində əməkdaşlıqların genişlənməsinə lazımi şərait yaranmış olsun.
İran xarici işlər naziri indoneziyalı əməkdaşı ilə görüşdə Mina faciəsindən də danışdığını bildirib və deyib: İndoneziya dövləti və xalqı bu hadisədə 113 vətəndaşını itirərək, bu faciədən zərər çəkib. Buna görə də bu kimi hadisələrin qarşısını almaq və təkrarlanmasına icazə verməmək üçün əməkdaşlıq etmək lazımdır.
İndoneziya xarici işlər naziri Retno Mersudi də bu mətbuat konfransında deyib: İki ölkə demokratiyanın möhkəmləndirilməsi və terrorizm ilə mübarizədə aktiv rol oynaya bilərlər.
İndoneziya xarici işlər naziri daha sonra İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasını müsbət qarşılayıb və bu anlaşmanın tez bir zamanda icraya qoyulacağına ümidvar olduğunu bildirib.

Teqlər