İslam Dünyasının problemlərini həll etmək üçün Tehran-Cakarta əməkdaşlığı təsirlidir
Okt 15, 2015 11:13 Asia/Baku
-
İslam Dünyasının problemlərini həll etmək üçün Tehran-Cakarta əməkdaşlığı təsirlidir
İran prezidenti İran və İndoneziyanın əlaqələri genişləndirmək üçün ciddi iradəyə malik olduqlarını bəyan edərək deyib: İndoneziya islam dünyasında çox önəmli ölkə və İran İslam Respublikası üçün çox köhnə dost hesab olunur.
Səhər Beynəlxalq Televiziyasının Prezident Aparatının informasiya portalına istinadla verdiyi məlumata görə, Həsən Ruhani çərşənbə günü günortadan sonra İndoneziya xarici işlər naziri ilə görüşdə iqtisadi hərəkətlənməni yaratmaq üçün iki ölkədə yaxşı potensialların olduğunu bəyan edərək söyləyib: Nüvə müzakirələrinin nəticəsi və sanksiyaların götürülməsi sayəsində əldə olunan yeni şəraitdən iki ölkənin iqtisadi münasibətlərinin genişlənməsi və əlaqələrin möhkəmlənməsi istiqamətində istifadə etmək lazımdır və ümidvarıq ki, İran və İndoneziya arasında müştərək komissiyanın təşkil olunması bu məqsədə çatmaq üçün yaxşı başlanğıcdır.Cənab Həsən Ruhani həmçinin müştərək layihələrin irəlilədilməsində iki ölkə investorlarının iştirakı üçün imkanların yaradılmasını vacib adlandırıb.
"İran və İndoneziyanın islam dünyasının məsələləri barəsində çox yaxın baxışları vardır" deyən prezidentin sözlərinə görə, təəssüflər olsun ki, hazırda bəzi islam ölkələri arasında ixtilaflar artıb. Belə ki, müştərək əməkdaşlıqlar şəraiti məhv olub, üstəlik ölkələr arasında qarşıdurma və müharibənin şahidiyik.
"Biz terrorizmin kökünü qurutmaq üçün bütün islam ölkələrində böyük mədəni hərəkətə ehtiyaclıyıq" deyə İran prezidenti əlavə edib.
İndoneziya prezidentinin xüsusi nümayəndəsi, energetika və təbii mədənlər naziri və Milli Neft şirkətinin direktorunun da iştirak etdiyi görüşdə İndoneziya xarici işlər naziri xanım Retno Mersudi bütün sahələr, o cümldəən ticarət, iqtisadiyyat, investisiya, infrastrukturların inkişafı sahələrində Tehranla əlaqələrin möhkəmləndirilməsi üçün Cakaratanın öhdəliklərini vurğulayaraq İran İslam Respublikası ilə hərtərəfli əlaqələr səviyyəsinin yüksəldilməsini istəyib.
"Hazırda bütün müsəlman ölkələri islamı dünya üçün rəhmət dini olaraq qorumalı və mötədillik və dözümlülüyü genişləndirməlidirlər" -deyən İndoneziya xarici işlər naziri əlavə edib: İndoneziya həmişə problemlərin həlli üçün diplomatik həll yolunun tərəfdarıdır və bu istiqamətdə BMT-də Radikallıq və Ekstremizmə qarşı olan dünya təklifinin təqdim olunması üzrə İran İslam Respublikasının təşəbbüsünü dəstəkləyib.
İndoneziya heyətinin üzvləri bu görüşdə İran İslam Respublikası rəsmiləri ilə müzakirələri üzrə hesabat təqdim ediblər.