Okt 16, 2015 15:29 Asia/Baku
  • Tehranın cümə namazı xətibi: ABŞ-ın ehtimal olunan məkrləri qarşısında addımlar atılmalıdır
    Tehranın cümə namazı xətibi: ABŞ-ın ehtimal olunan məkrləri qarşısında addımlar atılmalıdır

Tehranın cümə namazının xətibi deyib: İran hökumətinin Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasında Amerikanın ehtimal olunan məkrli planları qarşısında qarşılıqlı addımları olmalıdır.

Tehranın bu həftəki cümə namazının xətibi Ayətullah Əhməd Cənnəti Konstitusiyaya Nəzarət Şurasında Əhatəli Müştərək Təşəbbüs Proqramının təsdiqləndiyinə toxunaraq əlavə edib: Hökumət bu proqramın icrası üzrə İranın Ali Milli Təhlükəsizlik Şurasının qərarları çərçivəsində qeyd olunan hallara riayət etməlidir.
Qərb ölkələrinin öhdəlikləri pozduqlarını və onların cığallıqları üçün yolun açıq olduğunu xatırladan Ayətullah Cənnəti deyib: Sanksiyaların ləğvi Əhatəli Müştərək Təşəbbüs Proqramının fəlsəfəsidir. Hökumət qətiyyətlə Əhatəli Müştərək Təşəbbüs Proqramının mötədilliyini istiqamətləndirməli və onların öhdəlikdən qaçdığı zaman qarşısını almalıdır.
Tehranın bu həftəki cümə namazının müvəqqəti imam cüməsi builki Həcc mərasimlərində Mina faciəsinin baş verməsi və minlərlə Allah Evi zəvvarının həlak olmasının səbəblərinin araşdırılmasını vurğulayaraq deyib: Builki həcc mərasiminin təşkilatçılığında səudiyyə rejiminin yanlış idarəçiliyi Qurban bayramı günündə qəmli və dəhşətli Mina hadisəsinin baş verməsinin səbəblərindəndir.
İslam İnqilabının Böyük Rəhbərinin Ali-Səud rejimi rəsmilərinə xəbərdarlığını xatırladan Ayətullah Cənnəti tövsiyə edib ki, İran hökuməti və ədliyyə qurumu islam ölkələrindən ibarət faktaraşdırıcı komitənin təşkil olunması ilə Mina faciəsini hüquqi cəhətdən izləsinlər.
Tehranın bu həftəki cümə namazı xətibi həmçinin Ali-Səud rejiminin Yəmənə hərbi hücumları və bu ölkə müsəlmanlarının qırğın edilməsini pisləyərək Amerikanın Səudiyyə Ərəbistanının cinayətlərini dəstəkləməsini təsiredici adlandırıb.
Ayətullah cənnəti həmçinin dünya şiələrinin 3-cü imamı Həzrət İmam Hüseynin (ə) əzadarlıq günləri ilə əlaqədar başsağlığı verərək deyib: Məhərrəm və Aşura günlərində Vilayət Fəqih və islamın əvvəlindən indiyə qədər düşmənə qalib gəlmək fəlsəfəsi diqqət mərkəzində durmalı və açıqlanmalıdır.

Teqlər