Nüvə anlaşmasının icrasına qədər İran və Altılıq arasında Ərak barədə rəsmi sənəd imzalanacaq
Okt 22, 2015 10:28 Asia/Baku
-
Nüvə anlaşmasının icrasına qədər İran və Altılıq arasında Ərak barədə rəsmi sənəd imzalanacaq
İran xarici işlər nazirinin müavini deyib: 5+1 qrupuna üzv ölkələrlə Ərak Ağır Su Reaktorunun modernləşdirilməsi müqaviləsi yekunlaşmaqdadır və bu müqavilə 7 ölkənin xarici işlər naziri tərəfindən imzalanmaqla icraya qoyulacaqdır.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın baş nüvə müzakirəçisi Seyid Abbas İraqçı çərşənbə gecə İranın 2-ci telekanalına müsahibəsində əlavə edib: Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən, Konqresin sanksiyaları ləğv olunmazsa, nüvə anlaşması pozulmuşdur. Əgər əlaqədar iqtisadi sanksiyalar əlavə olunarsa, bu da bir növ nüvə anlaşmasının pozulması hesab olunur.İran və 5+1 qrupunun nüvə müzakirələrində ən böyük işlərdən birini İranın nüvə fəaliyyətləri ilə əlaqədar keçmiş və hazırkı məsələlərin həlli adlandıran İraqçı bildirib: İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin əməkdaşlığında əgər bu iş həll olunmasaydı, yeni suallar yaranardı. Buna görə, müzakirə boyunca, irəliləməklə yanaşı ötən və hazırkı məsələlər də həll olunmalı idi. Belə ki, İran Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən öz addımların təkmilləşdirməzdən öncə, ötən və hazırkı məsələlərin həlli işi bitsin.
İraqçı əlavə edib: Bu məsələ 15 oktyabrda Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən elan olundu. Davamında agentlik Vyanada ötən və hazırkı məsələlər barədə öz qiymətləndirməsini 15 dekabra qədər elan və Direktorlar Şurasına təqdim edəcək.
İraqçı Ərak reaktoru barədə də xatırladıb: Ərak reaktoru ilə əlaqədar sənəd imzalanacaq və 6 ölkə bu reaktorun modernləşdirilməsi barədə rəsmən öz öhdəliklərini elan edəcək.
İran xarici işlər nazirinin müavini həmçinin müzakirələr boyunca dəstəyi, Əhatəli Müştərək Təşəbbüs Proqramının təsdiqlənməsi və nüvə anlaşmasının icrası ilə əlaqədar zəruri məsələləri müəyənləşdirdiyinə görə İslam İnqilabının Böyük Rəhbərinə səmimi təşəkkürünü bildirərək əlavə edib: Nüvə anlaşmasının bütün mərhələlərinin təsdiqlənməsi Əhatəli Müştərək Təşəbbüs Prqoramında nüvə hüququnun təsbit olunması üzrə İranın əsas tələblərinin olduğunu əks etdirir. Əgər zəif cəhətlər olarsa, onun üçün müəyyən yollar nəzərdə tutulub və İran nüvə anlaşmasını nöqsanları aradan qaldırmaqla icra edəcəkdir.
İraqçının sözlərinə görə, Əhatəli Müştərək Təşəbbüs Proqramına əsasən nüvə ilə əlaqədar sanksiyalar ləğv olunacaq. Qarşı tərəfin başqa adlarla bu sanksiyaları qüvvədə saxlamaq və yeni sanksiya tətbiq etmək haqqı yoxdur.