Laricani: İnqilab Rəhbərinin nüvə mövzusunda rolu xeyli təsirlidir
Okt 26, 2015 14:07 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri nüvə mövzusunda İnqilab Rəhbərinin rolunu xeyli təsirli adlandırıb.
İRNA-nın məlumatına görə, Əli Laricani bu gün parlamentin plenar iclasına başlamazdan öncə etdiyi çıxışında İslam İnqilabının Böyük Rəhbərinə nüvə mövzusu ilə bağlı roluna görə təşəkkür edərək, deyib: İnqilab Rəhbərinin nüvə mövzusu ilə bağlı ölkə prezidentinə ünvanladığı məktub vaxtında atılmış dəqiq və hərtərəfli bir addım idi.İran İslam Şurası Məclisinin sədri 2 onilliyin səylərini özündə əks etdirən İranın nüvə işini İslam İnqilabından sonra yüksəliş yolunda qərar tutan İranın elmi ruhiyyəsinin simvolu adlandırıb və deyib: ötən 12 ildə qərb öz avantürist səyləri ilə İranın nüvə elmi sahəsindəki inkişafı yolunda maneələr yaratmağa çalışdı. Amma, İnqilab Rəhbəri öz himayələri ilə İran xalqının Qərbin bu haqsızlıqları qarşısındakı müqaviməti və mübarizəsini təşkilatlandırdı.
İranın qanunvericilik hakimiyyətinin sədri sonda deyib: İslam İnqilabının Böyük Rəhbəri hazırda da, nüvə müzakirələrinin istiqamətləndirilməsi üçün aydın çərçivə təyin və sonra əldə olunmuş nəticəni təsdiq etməklə, nüvə anlaşmasının icrası mərhələsi üçün aydın qaydalar təyin etmiş olublar.