Okt 27, 2015 13:33 Asia/Baku
  • Zərif: Ərak Reaktorunun rekonstruksiyası bir neçə layihəli olacaq
    Zərif: Ərak Reaktorunun rekonstruksiyası bir neçə layihəli olacaq

İranın xarici işlər naziri deyib ki, Ərak Reaktorunun rekonstruksiyası ehtimal üzrə çoxlu sayda layihələrlə həyata keçiriləcək.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif verdiyi bir müsahibədə deyib: Bu sənəd üç etapda hazırlanacaq. Birinci mərhələ İran, Amerika və Çin arasında həyata keçiriləcək niyyətin elan olunması memorandumu və bəyaniyyəsidir.
İranın nüvə müzakirə komandasının sədri Ərak Reaktorunun rəsmi sənədinin ikinci etapı haqda deyib: İkinci mərhələdə sənəd nazirlər və ya digər münasib bir səviyyədə İran ilə beş üstəgəl bir qrupunun bütün üzvləri arasında imzalanacaqdır ki, onun ilkin mətni qətiləşib və yekunlaşma və imzalanma ərəfəsindədir.
Zərif bu sənədin yekun etapı barədə isə söyləyib: Yekun mərhələsi əslində Ərak Reaktoru ilə bağlı layihələrdən hər birinin detalları və sənədləri barədədir və Ərak Reaktorunun rekonstruksiyası ehtimal üzrə təklayihəli olmayaraq, çoxsaylı layihələr kimi həyata keçiriləcəkdir.
İranın xarici işlər naziri Ərak Reaktorunda dəyişiklik, həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə PMD işinin bağlanması haqda isə deyib ki, Ərak Reaktorunun rekonstruksiyası barədə detallar İslam İnqilabının Böyük Rəhbərinin göstərişləri, Milli Təhlükəsizlik Ali Şurası və parlamentin qərarları əsasında həyata keçiriləcək.
Zərif işin bağlanması üçün dekabr ayının nəzərdə tutulduğunu bildirərək, deyib: Gözlənilir, o zamanadək bütün işlər başa çatsın ki, həmin gün, başqa sözlə, nüvə anlaşmasının icra günü olacaqdır.

Teqlər