İran XİN-ə yeni sözçü təyin olundu
Okt 29, 2015 09:11 Asia/Baku
İran Xarici İşlər Nazirliyində bir məsul rəsmi Hüseyn Cabir Ənsarinin Mərziyyə Əfxəmin yerinə Xarici İşlər Nazirliyinin yeni sözçüsü olaraq təyin olunduğunu bildirib.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Hüseyn Cabir Ənsari hal-hazırda İran Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentinin baş direktorudur.İran XİN-dəki rəsminin sözlərinə görə, Cabir Ənsari gələn iki həftə ərzində XİN sözçüsü olaraq öz işinə rəsmən başlayacaq.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin hazırkı sözçüsü Mərziyyə Əfxəm də İranı Malayziyadakı yeni səfiri və İran İslam Respublikasının ilk qadın səfiri olaraq Kualalumpura yollanacaq.