İran pavilyonu "Expo Milan"ın gümüş mükafatına layiq görüldü
Noy 02, 2015 12:57 Asia/Baku
İran pavilyonu "Expo Milan"ın gümüş mükafatına layiq görüldü
Tehranda çıxan Ettelaat qəzetinin yazdığına görə İran İslam Respublikası Beynəlxalq Sərgilər ASC-nin icraçı direktoru Hüseyn Esfəhbodi deyib: İtaliyada keçirilən "Expo Milan" sərgisində iştirak edən ölkələrin düzəltikləri pavilyonlar arasından Avstriya pavilyonu 1-ci, İran pavilyonu 2-ci, Estoniya pavilyonu isə 3-cü yerə layiq görülüb.Esfəhbodi İranın bu sərgidəki pavilyonunun 6 ay ərzində hazırlandığını və hazırlanması üçün 6 milyon avro vəsaitin xərcləndiyini bildirib.
İİR Beynəlxalq Sərgilər ASC-nin icraçı direktorunun dediyinə görə, İran bu pavilyonun hazırlanması üçün ənənəvi və modern dizaynlardan faydalanaraq, 2-ci yerə layiq görülüb. Halbuki, ABŞ, Qətər, BƏƏ və onlarla digər ölkə külli miqdarda vəsait xərcləmələrinə rəğmən heç bir yer tuta bilməyiblər.
Yerin qidalanması və enerji mövzusunda 6 ay müddətinə keçirilən "Milan Expo 2015" sərgisi nəhayət seçilmiş iştirakçıların mükafatlandırılması ilə öz işini başa vurdu.
183 gün davam edən sərgiyə 21 milyondan çox insan baxış keçirib.
Bu müddət ərzində İran pavilyonuna 4 milyon nəfər baxış keçirib.