Noy 04, 2015 12:45 Asia/Baku
  • İran XİN bir ərəb məsul şəxsin sözlərini rədd edib
    İran XİN bir ərəb məsul şəxsin sözlərini rədd edib

İran İslam Respublikasının Xarici İşlər Nazirliyi İranın ərazi hakimiyyəti barədə Fars Körfəzi Əməkdaşlıq Şurası tərəfindən bildirilmiş fikiri rədd edib.

İran İslam Respublikasının Xarici İşlər Nazirliyindəki bir rəsmi IRNA ilə müsahibədə Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi Əbdullətif bin Raşid Əlziyaninin İranın Fars Körfəzindəki üç adası barədəki son sözlərinə reaksiyada deyib: Bu fikir bildirmə rədd olunur və ərəb məsul şəxslər ehtiyatlı osunlar ki, siyasi-media oyunları üçün bir bəhanə olmasınlar.
İran İslam Respublikası daim üç iranlı adasını öz ərazisinin ayrılmaz hissəsi adlandırıb və dəfələrlə Birləşmiş Ərəb Əmirlikləri ilə mövcud olan anlaşılmazlıqların aradan qaldırılması üçün öz hazırlığını elan edibdir.
İngilis müstəmləkəçilərin regiondan çıxmaları ilə bir zamanda İranın ərazi bütövlüyü və tarixi hakimiyyəti prinsipi əsasında üçlü adaların geriyə qaytarılması istiqamətində İran ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış 1971-ci il memorandumunun mahiyyəti bu tarixi gedişdən irəli gəlir və onun maddələri belə bir mühüm cəhətə təkid edir ki, bu adalara mülkiyyət və hakimiyyət İrana aiddir.

Teqlər