Nüvə anlaşması ardınca turistlərin İrana doğru yeni dalğası
https://azeri.sahartv.ir/news/İran-i199409-nüvə_anlaşması_ardınca_turistlərin_İrana_doğru_yeni_dalğası
Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra İran turist axınının şahidi olacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2015 06:32 Asia/Baku
  • Nüvə anlaşması ardınca turistlərin İrana doğru yeni dalğası
    Nüvə anlaşması ardınca turistlərin İrana doğru yeni dalğası

Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra İran turist axınının şahidi olacaq.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, BBC telekanalı bildirib: Turizm sənayesi milyardlarla dollar gəlir gətirən sənayedir və İranda müxtəlif səbəblərə görə 3 dekadadan çoxdur ki, görməməzliyə vurulub. Lakin hazırda vəziyyət dəyişib. İran xarici turistlər üçün cazibəlidir və bu ölkə rəsmiləri bu cazibəliyi bilirlər.
BBC əlavə edir: İranın Turizm və Mədəni İrs Təşkilatının sədri Məsud Sultanifər deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasından sonra İran turist axınının şahidi olacaq.
İranın turizm sənayesi ötən iki il ərzində ildə 12% inkişaf edib. İran ümid edir ki, sanksiyalar ləğv olunduqdan sonra bu sənaye hər bir sənayedən daha çox inkişaf edəcək və gəlir gətirəcək. 2014-cü ildə 5 milyon xarici turist İrana gedib. Onların yarısı şiə zəvvardır. İranın bu turistlərdən gəliri 7,5 milyard dollar olub.