İran və Rusiya anlaşma sənədi imzalayıblar
Noy 09, 2015 15:54 Asia/Baku
-
İran və Rusiya anlaşma sənədi imzalayıblar
İran və Rusiya sosial təminat, təqaüd sığortaları və peşəkar məharətlər bölmələrində həmkarlıq üzrə memorandum imzalayıblar.
IRIB-nin məlumatına görə, İranın kooperasiya, əmək və ictimai rifah naziri Əli Rəbii və Rusiyanın əmək və sosial himayə naziri Maksim Tupilin tərəfindən imzalanmış bu sənəddə iki ölkə mütəxəssis iş qüvvəsinin vacibliyini vurğulayıb.İranın kooperasiya, əmək və ictimai rifah naziri həmçinin Misirdə bir rus təyyarəsinin süqut etməsindən təəssüflənib və bu hadisədə həlak olanların ailələrinin kədərinə şərik çıxaraq, iki ölkənin regionda, xüsusən terrorizmlə mübarizənin genişləndirilməsindəki müştərək maraqlarına toxunub və deyib ki, İran ilə Rusiya iqtisadi əməkdaşlıqların genişlənməsi üçün yaxşı zəminlərə malikdir.
Rəbiinin sözlərinə görə, iki tərəf arasında imzalanmış memoranduma əsasən, İran ilə Rusiya iş əlaqələri, sosial və rifah sahələrində öz həmkarlıqlarını artıracaqdır.
İranın kooperasiya, əmək və ictimai rifah naziri İran ilə Rusiyanın texniki, professional və elmi təlimlər üzrə nailiyyətlərinə əsasən vurğulayıb ki, iki ölkə bu sahələrdə təcrübə mübadiləsi edərək, sığorta fondlarının gücləndirilməsi məsələsini də izləyəcəkdir.
Rusiyanın əmək və sosial himayə naziri də iki ölkənin terrorizmlə mübarizə sahəsindəki həmkarlıqlarının önəminə toxunaraq, deyib ki, bu əməkdaşlıqlar region təhlükəsizliyinin yaradılması üçün qorunub saxlanılmalıdır.
Teqlər