Noy 10, 2015 18:28 Asia/Baku
  • İran-Belçika iqtisadi əlaqələri
    İran-Belçika iqtisadi əlaqələri

Belçika xarici işlər naziri ilə İranın iqtisadiyyat və maliyyə naziri arasında Tehranda baş tutan iclasda iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi araşdırılıb.

İRNA-nın məlumatına görə, İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya Belçika baş nazirinin müavini və xarici işlər naziri Didier Reynders ilə görüşdə sanksiyaların ötən illər ərzində iki ölkənin iqtisadi və ticarət əlqaələrinə olan mənfi təsirlərinə işarə edərək, deyib: İran və 5+1 qrupu arasında əldə olunmuş anlaşmanın ardınca yaranan yeni atmosfer əlaqələrin inkişafı üçün münasib zəmin y aradıb.
Belçikanın xarici işlər naziri də bu görüşdə deyib: İki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün bir çox zəminlər mövcuddur.
Reynders həmçinin ümidvarlıq edib ki, İranın bank sisteminin yenidən Svift sisteminə qoşulması ilə İran və Belçika arasında bank və maliyyə sektorunda əməkdaşlıqlar daha da genişlənsin.
Belçika xarici işlər naziri, neft sənayesi, qida məhsullarnın istehsalı, kənd təsərrüfatı və enerji sektorunu iki ölkə arasında münasib əməkdaşlıq zəminlərindən adlandırıb və deyib: Yeni texnologiyalar o cümlədən ekologiya və tullantıların yenidən emal edilməsi sahəsində Belçika yaxşı potensiallara malikdir və bu sahədə İran şirkətləri ilə yaxından əməkdaşlıq edə bilər.

Teqlər