Zərif: BMT insan haqları məsələsində regionun reallıqlarını nəzərə almalıdır
Noy 21, 2015 19:46 Asia/Baku
-
Zərif: BMT insan haqları məsələsində regionun reallıqlarını nəzərə almalıdır
İranın xarici işlər naziri deyib: Yaxşı olar ki, BMT insan haqları məsələsində regionun gerçəkliklərini və regionun üzləşdiyi təhlükələri nəzərə alsın.
İranın Xİ naziri Məhəmməd Cavad Zərif şənbə günü BMT-nin təsis edilməsinin 70 illiyi münasibətilə təşkil edilmiş toplantının kənarında jurnalistlər qarşısında BMT-də İran əleyhinə insan haqları qətnaməsinin qəbul edilməsinə işarə edərək, deyib: BMT-nin insan haqlarına yad olan tərəflərin əlində oyuncağa çevrilməsinə icazə vermək olmaz.Zərif əlavə edib: İran əleyhinə qəbul edilən insan haqları qətnaməsi qeyri-demokratik qaydada qəbul edilib. Bu isə, bu kimi hərəkətlərin etibarsız olması mənasındadır.
İranın xarici işlər naziri həmçinin deyib: BMT-də bəzi siyasi qərəzlər var və bəzi dövlətlər artıq bir neçə ildir ki, regionu bürüyən ifratçılıq və terrorizm təhlükəsinin genişlənməsinə rəvac verirlər və son illər ərzində daha artıq fəallaşıblar. Bu ölkələr insan haqları məsələsinə o qədər laqeyiddirlər ki, hətta öz dostlarını belə nigaran etməyə başlayıblar.
İranın xarici işlər naziri həmçinin, Ərak reaktorunun rekonstruksiyası barədə də deyib: bu xüsusda hazırlanan sənəd hüquqi və siyasi baxımdan tamamilə etibarlıdır.
Zəzirf əlavə edib: Ərak reaktorunun rekonstruksiyası sənədinin İran və 5+1 ölkələri habelə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsinin iştirakı ilə imzalandığını da bildirib.
BMT-nin təsis edilməsinin 70 illiyi iclası İran xarici işlər naziri və bir qrup universitet müəlliminin iştirakı ilə BMT-nin Tehrandakı ofisində təşkil edilib.