İkili rəftarların dövrü artıq başa çatıb
Noy 21, 2015 19:58 Asia/Baku
İran İslam Şurası Məclisinin sədri deyib: region xalqları, qərbin öz baxışını dəyişdiyinə əmin olmalıdır.
Əli Laricani şənbə günü İngiltərə Parlamentinin xarici əlaqələr komitəsinin sədri Krispin Blant və bir sıra digər deputat ilə görüşdə deyib: İran İslam Respublikası həmişə ölkələr ilə dostluq əlaqələri və sülh ardınca olub.Laricani regionda təhlükəsizliyin bərqərar edilməsinin önəminə təkid edib və deyib: Regionda sözün əsl mənasında davamlı təhlükəsizlik təmin edilməlidir və bu gün Əfqanıstan, Pakistan, İraq və digər ölkələrdə mövcud olan toqquşmalar regionda təhlükəsizliyi kövrək vəziyyətə salıb. ABŞ kimi ölkələrin region ölkələrinə hərbi müdaxiləsi isə sadəcə regionda vəziyyətin daha da gərginləşməsinə səbəb olaraq, yeni problemlərin yaranması ilə nəticələnib.
İran İslam Şurası Məclisinin sədri regiondakı gərginliyin köklərinə işarə edərək, deyib: bu kimi məsələlər bir iclasda və bu sadəliklə həll edilməz. Bu məsələlərin həlli regional və beynəlxalq amillərdən asılıdır.
İranın qanunvericilik orqanı başçısı əlavə edib: İndi zaman dəyişib və xalqların siyasi ayıqlığı artıb. Demokratiya istəyirlər və Bəhreyndə olduğu kimi öz talelərinə hakim olmaq istəyirlər.
İngiltərə Parlamentinin xarici əlaqələr komitəsinin sədri də bu görüşdə deyib: regiondakı gərgin vəziyyət bütün tərəflər üçün zərərlidir və artıq regionda sabitliyin bərqərar edilməsi lazımdır. Və London bu məqsədə nail olmaq üçün region ölkələri ilə əlaqələrini bərpa etmək niyyətindədir.