Noy 25, 2015 09:51 Asia/Baku
  • İraqçı: Dekabrın 7-də Vyanada İran-5+1 müştərək komissiyasının iclası olacaq
    İraqçı: Dekabrın 7-də Vyanada İran-5+1 müştərək komissiyasının iclası olacaq

İran Xarici İşlər Nazirliyinin nüvə anlaşmasının izlənilməsi qərargahının sədri Seyid Abbas İraqçı IRNA ilə müsahibədə bildirib ki, İran-5+1 müştərək komissiyasının növbəti iclası dekarbrın 7-də olacaq.

İran-5+1 müştərək komissiyasının növbəti iclası tarixinin təyini İraqçının Avropa İttifaqının xarici siyasət üzrə koordinatorunun müavini Helqa Şmidtlə müzakirə mövzularından biri olub.
İraqçı çərşənbə axşamı günü axşam nüvə anlaşmasının icra prosesi və Avropanın bu sahədə atacağı addımlar barədə müzakirə edib.
Çərşənbə axşamı günü səhər Vyanaya daxil olmuş İran Xarici İşlər Nazirliyinin nüvə anlaşmasının izlənilməsi qərargahının sədri bir gün ərzində Şmidtdən əlavə, MAQATE-nin baş direktoru Yukiya Amano və nüvə anlaşmasının icrası üzrə Amerikanın baş koordinatoru Stefan Mal ilə görüşübdür.

Teqlər