Dek 01, 2015 10:22 Asia/Baku
  • Parlamentin rolu önəmli və təsiredicidir
    Parlamentin rolu önəmli və təsiredicidir

İran İslam Şurası Məclisinin sədri islam quruluş strukturunda parlamentin rolunu önəmli və təsiredici qiymətləndirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Ayətullah Seyid Həsən Müdərrisin şəhid olmasının ildönümü və Parlament Günü münasibəti ilə bazar ertəsi günü İranın 2-ci telekanalının xüsusi dialoq proqramında parlamentin növbəti seçkilərindəki önəmli məsələni yararlı parlamentin iş başına gəlməsi adlandırıb və deyib: Bütün siyasi cinahlar yaxşı seçkilərin keçirilməsini istəyir.
Laricani yararlı parlamentin xüsusiyyətlərini bəyan edərək bildirib: Önəmli məsələ qanunverici orqanın müstəqilliyidir və millət vəkilləri İran xalqının nümayəndəsi olduğunu hiss etməli və öz rəylərini bəyan etməlidirlər. Başqa sözlə parlamentin müstəqilliyi hər bir şəraitdə önəmlidir.
İran parlamentinin sədri həmçinin Əhaləti Müştərək Təşəbbüs Proqramı və nüvə işinin raket və müdafiə məsələsi ilə əlaqələndirilməsi barədə xatırladıb: Bəzi ölkələr İrana qarşı iddia irəli sürürlər ki, İran nüvə elmi arasında nüvə silahının istehsalı ardınca gedib. Halbuki bu yalnız iddiadır.
Laricani bildirib: İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında ehtimal olunan hərbi cəhətlər işi siyasi məsələlərə görə gündəmdə idi. Belə ki, son nüvə müzakirələrində İranın nüvə müzakirə komandası düzgün şəkildə bu işin aydınlaşmasını istədi. Bu çox müsbət idi.
İran parlamentinin sədri bildirib: Agentliyin istədiyi məlumatların İrandan istəməsi qərara alındı və baş direktor Yukiya Amanonun İranın nüvə obyektlərinə baxış keçirməsi həmin çərçivədə baş tutdu.
İran İslam Şurası Məclisinin sədri bildirib: Agentliyin yekun hesabatının Direktorlar Şurasına verilməsi qərara alınıb. Belə ki, İranın nüvə işi bağlansın və ondan sonra İranın növbəti addımları atılsın.
Laricani əlavə edib: İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin istədiyi bütün məlumatları və onların naməlum məsələlərinə cavab verib. Əgər agentlik öz vəzifələrini yerinə yetirərsə, İran Ərak obyekti və zənginləşdirilmiş maddələr barədə növbəti addımlarını atacaqdır.
İran İslam Şurası Məclisinin sədri həmçinin Yaxın Şərq regionunda nəhs terrorizmin mənfi nəticələrinə toxunaraq deyib: Güclü ölkələr və onların regional müttəfiqləri regionun təhlükəsizliyini qarışdırmaqda təsiredici rola malikdirlər.
İran parlamentinin sədri bildirib: Qərblilər terrorizmin qarşısını almaq yerinə onunla oynadılar və terrorizmə qarşı 60 ölkənin koalisiyası da region və dünyada terrorizmin genişlənməsinə səbəb oldu. Qərb terrorizmlə mübarizədə daha çox mübarizə jestini göstərir.

Teqlər