İranın Səhənd esminesi istifadəyə verilir
Dek 04, 2015 17:11 Asia/Baku
İran İslam Respublikası Ordusu Dəniz Qoşunları komandanı gələn aylar ərzində Səhənd esminesinin istifadəyə veriləcəyini bildirib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, kontr-admiral Həbibullah Səyyari bu gün deyib: İran İslam Respulbikası Ordusu Dəniz Qoşunlarının beynəlxalq sularda iştirakı heç bir ölkəni işğal etmək və yaxud təcavüz etmək məqsədini daşımır. Əksinə sülh və dostluq müraciətini çatdırmaq və beynəlxalq suların potensialından istifadə etmək məqsədinə malikdir.Kontr-admiral Səyyari əlavə edib: Bu gün İran barəsində açıqlama verən bir çox ölkəsinin hamısının birlikdə tarixi İranın neçə illik mentaliteti qədər deyildir. Halbuki İran uzun keçmişə və yüksək mövqeyə malik ölkədir.
İran İslam Respublikası Ordusu Dəniz Qoşunları Komandanı bildirib: Beynəlxalq sularda gediş-gəlişlər bütün xalqların haqqıdır və hazırda İranın sərhədlərinin üçdə biri sudur. Səy olunacaq ki, bu potensialdan ən yaxşı formada istifadə olunsun.