Nardaranın müsəlman əhalisinə təzyiq qəbuledilməzdir
Dek 04, 2015 20:02 Asia/Baku
Təbrizin imam cüməsi hökumət tərəfindən dini hərəkətə görə Azərbaycan Respublikasının Nardaran əhalisinin mühasirə olunması, qətlə yetirilməsi və həbs olunmasını qəbuledilməz adlandırıb və deyib: Bu vəziyyət qəbuledilməzdir və İran İslam Respublikası hökuməti bu məsələni izləməli və həll etməlidir. Belə olmadığı halda bu ölkə ilə əlaqələrini yenidən baxmalıdır.
Səhər Beynəlxalq Televiziyasının Fars Xəbər Agentliyinə istinadla verdiyi məlumata görə, Ayətullah Möhsün Müctəhid Şəbistəri bu gün Təbrizin İmam Xomeyni (rə) müsəllasında cümə namazı xütbələrində Azərbaycan Respublikasındakı son hadisələrə, Nardaranda insanların qətlə yetirilməsinə toxunub və deyib: Ötən həftə cümə namazında Nardaran qəsəbəsində baş verən xoşagəlməz hadisəni pisləmiş və bir daha pisləyirəm. Lakin bildirildiyinə görə, vəziyyət daha da acınacaqlıdır.Ayətullah Şəbistəri əlavə edib: Bir neçə nəfər hökumət tərəfindən qətlə yetirilib və bir qrup da həbs olunub. Mən nəsihət ünvanında rəsmi Bakıdan istədim ki, müsəlman və şiə Nardaran əhalisi ilə bu formada davranışa son qoysun.
O əlavə edib: Nardaran qəsəbəsi hələ də mühasirədədir və qəsəbənin elektrik və suyu Azərbaycan Respublikası hökuməti tərəfindən kəsilib. Yeni şəxslər də həbs olunub. Bu sərtlik heç bir vəchlə düzgün deyildir və bir islam ölkəsinə yaraşmır.
Təbrizin cümə namazı xətibi xatırladıb: Təəccüblüdür ki, Azərbaycan Respublikası hökuməti İranı hadisələrdə ittiham edir. Halbuki İran həmişə qonşularla yaxşı qonşuluğunu qorumuş və Nardaranda heç bir müdaxiləsi yoxdur.
Təbrizin imam cüməsi əlavə edib: Azərbaycan Respublikası hökumətindən istəyirəm ki, sayıq olsun, belə hərəkətlərdən çəkinsin və Azərbaycan dindarlarına təzyiq üçün hökumətin təhrikində əcnəbi amillərin rolu varsa, onların məkrli planlarına diqqət yetirməsin.
Ayətullah Şəbistəri bildirib: Nardaranın müsəlman və dindar əhalisi bir dini hərəkət yerinə yetirib və qətl və həbs heç bir vəchlə qəbulediləsi deyildir və Azərbaycan Respublikası hökuməti tezliklə bu məhdudiyyətləri aradan qaldırmalıdır.
Ayətullah Şəbistəri bu vəziyyətin müsəlman xalqa malik ölkəyə münasib olmadığını bildirərək Azərbaycan hökumətini insanları və ruhaniləri həbs etmək yerinə tezliklə bu məhdudiyyətləri aradan qaldırmağa çağırıb.
Rəhbərlik Xobrəqan Məclisinin üzvü bildirib: Sərtlik üsulu heç vaxt məsləhət görülmür. İslam Respublikasından istəyirik ki, Nardaran hadisələrini diplomatik yollarla izləyib həll etsin. Belə olmadığı halda, Azərbaycan Respublikası ilə əlaqələrə yenidən baxılmasını istəyirik.