Zənginləşdirmə haqqı Əhatəli Müştərək Təşəbbüs Proqramının önəmli nailiyyətidir
-
Zənginləşdirmə haqqı Əhatəli Müştərək Təşəbbüs Proqramının önəmli nailiyyətidir
İran İslam Respublikasının müdafiə naziri Əhatəli Müştərək Təşəbbüs Proqramının ən önəmli nailiyyətini dünyada İranın zənginləşdirmə haqqının qəbul edilməsi adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, general-mayor Hüseyn Dehqan deyib: Nüvə maddələrinin beynəlxalq ticarət səhnəsinə daxil olmaq və Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində fəaliyyət göstərmək önəmlidir və İran Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası üçün İranın ehtimal olunan nüvə hərbi fəaliyyətləri işinin bağlanmasına hazırdır.
General Dehqan İranın elmi hərəkətini dayandırmaq və İslami İranın quruluşunu beynəlxalq sülh üçün təhdid olaraq tanıtdırmağı beynəlxalq imperializmin düşmənçilik hərəkətlərindən adlandırıb və əlavə edib: Halbuki İranın müdafiə doktrinasında nüvə silahına heç bir yer yoxdur.
İranın müdafiə naziri İslam Respublikasının özünü müdafiə etmək üçün adi silahların istehsal edilməsindən heç bir çatışmazlığının olmadığına toxunaraq deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatı əks etdirdi ki, İran yol xəritəsi və öz öhdəliklərini yaxşı formada yerinə yetirib və heç bir yayınma olmayıb.