Dek 08, 2015 13:25 Asia/Baku
  • İran və Serbiya əməkdaşlıq memorandumu imzalayıb
    İran və Serbiya əməkdaşlıq memorandumu imzalayıb

İran İslam Respublikası və Serbiya 3 iqtisadi əməkdaşlıq memorandumu imzalayıblar.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İran və Serbiyanın İqtisadi Əməkdaşlıqlar Müştərək Komissiyasının 14-cü iclası İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadənin başçılığı ilə Tehranda keçirilib.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə və Serbiyanın baş nazirin müavini və ticarət, turizm və rabitə naziri Rasin Liyaiç bu iclasın sonunda 3 əməkdaşlıq memorandumu imzalayıblar. Bu memorandumlardan biri üçüncü bazarlarda iqtisadi əməkdaşlıqlarla əlaqədardır.

Bu memoranduma əsasən, İran və Serbiyanın əsasən də texniki, mühəndislik xidmətləri və məhsulların mübadiləsi üzrə özəl və dövlət şirkətləri öz əməkdaşlıqlarına başlayacaqlar.

İran və Serbiya arasında imzalanan digər memorandum isə, özəl və dövlət sektorlarının maliyyə təmini sahəsində, eləcə də bank, maliyyə, elm və texnologiya, yol və nəqliyyat, dəmiryol və hava nəqliyyatı, kənd təsərrüfatı, mədən və energetika, ticarət və investisiya, turizm, idman və ictimai sahələrdə iki ölkənin əməkdaşlığına aiddir.

Teqlər