Dek 08, 2015 19:24 Asia/Baku
  • Terrorizm və radikallıq regionun əssas təhdidçisidir
    Terrorizm və radikallıq regionun əssas təhdidçisidir

İran İslam Respublikası xarici işlər naziri terrorizm və radikallığı regionun əsas təhdidçisi adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Pakistan paytayxtı İslamabada daxil olarkən jurnalistlərə verdiyi müsahibədə radikallıq və terrorizmi region üçün əsas təhlükə adlandıraraq deyib: Pakistanda keçirilən Asiya Ürəyi konfransında terrorizm və radikallıqla mübarizənin vacibliyi barəsində məsələlər irəli sürüləcək.

Zərif əlavə edib: İran İslam Respublikası müxtləif sahələrdə, o cümlədən Əfqanıstana təhsil və infrastruktur sahəsində bu ölkə ilə əməkdaşlıq edir və regional sahələrdə və Asiya Ürəyi sektorunda İran da qeyd olunan sahələrdə qonşu ölkəyə kömək edir.

İran xarici işlər naziri İslamabadda keçirilən Asiya Ürəyi konfransı regional və beynəlxalq məsləhətləşmələrin aparılması üçün yaxşı fürsət adlandırıb və deyib: Bu konfransın kənarında bəzi rəsmilər və həmkarları ilə ikitərəfli görüşlər keçirəcək və onlarla regional və beynəlxalq məsələlər barəsində fikir mübadiləsi aparacaq.

2 günlük Asiya Ürəyi konfransı bu gündən Əfqanıstanın təhlükəsizliyinin vəziyyətinin yaxşılaşması və məsələlərinin həllinə kömək üçün əməkdaşlıqların genişləndirilməsi məqsədilə 40-dan çox ölkənin nümayəndəsi, bu konfransın dəstəkçiləri və 10-dan çox beynəlxalq və regional təşkilatın nümayəndəsinin iştirakı ilə işə başlayıb və bu konfransın əsas hissəsi xarici işlər nazirləri səviyyəsində sabah start götürəcək.

Teqlər