İraqçı: MAQATE-nin baxışları keçmişdən gələcəyə doğru dəyişmiş olacaq
-
İraqçı: MAQATE-nin baxışları keçmişdən gələcəyə doğru dəyişmiş olacaq
Nüvə anlaşmasının icrasına nəzarət qərargahının sədri deyib: 5+1 qrupunun İranın nüvə işi ilə bağlı qətnaməsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baxışını keçmişdən gələcəyə doğru dəyişmiş olacaq.
İRNA-nın məlumatına görə, Abbas İraqçı bu gün "Qoftequ" radiosu ilə müsahibədə 5+1 qrupu tərəfindən hazırlanmış qətnamə layihəsini müsbət dəyərləndirib və deyib: Bu qətnamənin əsas özəlliyi PMD(ehtimal olunan hərbi cəhətlər) işini bağlı elan etməsidir.
İranın xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini bu qətnamə layihəsinin MAQATE-nin öncəki 12 qətnaməsinin hamısını ləğv etdiyini və nəticədə MAQATE və Direktorlar Şurasının İran ilə bağlı iş proqramının dəyişəcəyini bildirib.
İran xarici işlər nazirinin müavini gələcəkdə İranın nüvə fəaliyyətlərinin dinc məqsədlər üçün olması barədə nə kimi qərarların icra olunacağı haqda da deyib: 10 ildən sonra İranın nüvə işi adi vəziyyətə qaytarılmış olacaq.