Azərbaycan Respublikası zindanlarındakı 20 iranlı məhbus İranın məhkəmə orqanına təhvil verilib
-
Azərbaycan Respublikası zindanlarındakı 20 iranlı məhbus İranın məhkəmə orqanına təhvil verilib
Azərbaycan Respublikası zindanlarındakı 20 iranlı məhbus öz həbsinin davamını ölkəsində keçirmək üçün şənbə günü Biləsuvar sərhədində İranın məhkəmə rəsmilərinə təhvil verilib.
İranın Azərbaycan Respublikasındakı səfiri Möhsün Pak Ayin Bakıda IRIB müxbiri ilə müsahibədə bu xəbəri verərək, deyib: Azərbaycan Respublikası zindanlarında həbsdə olan bu İran vətəndaşları iki ölkənin dostcasına əlaqələri və qarşılıqlı məhbus mübadiləsi üzrə razılaşmanın icrası istiqamətində şənbə günü birtərəfli surətdə İrana təhvil veriliblər.
O, əlavə edib: Bu gün Azərbaycan Respublikası zindanlarındakı 20 iranlı məhbus İranın məhkəmə rəsmilərinə təhvil verilibdir ki, öz həbsinin davamını İran həbsxanalarında keçirsin.
İranın Azərbaycan Respublikasındakı səfiri hətta zindanda olan İran vətəndaşlarının himayəsini Tehranın siyasətlərindən biri adlandırıb və belə deyib: Bununla bağlı, Azərbaycan Respublikası ilə yaxşı anlaşmaya malikik və ötən 18 ayda bu 20 nəfərin hesab olunması ilə Azərbaycan Respublikası zindanlarında həbsdə olan iranlı məhbusların bütövlükdə yüz nəfəri İranın məhkəmə orqanına təhvil verilibdir.