Dek 14, 2015 13:33 Asia/Baku
  • Şəhid Rəcayi limanından ixracat artıb
    Şəhid Rəcayi limanından ixracat artıb

İranın cənubunda Bəndər Abbasda Hörmüzqan Limanlar və Gəmiçilik İdarəsinin baş direktoru regionda, xüsusən də Şəhid Rəcayi limanından iqtisadi ixracatın artdığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İbrahim İydəni məntəqədən, xüsusilə də Şəhid Rəcayi limanından ixracatın 25% artdığını bildirərək deyib: 2015-ci ildə 4 milyon 159 min 673 neft məmulatı Fars körfəzinin ətrafındakı ölkələrə ixrac olunub.

İydəni əlavə edib: 15 milyon 490 tondan çox qeyri-neft məhsulu, neft-kimya məmulatları, kənd təsərrüfatı, mədən və sənaye, metal, daş-dəmir və əl sənayesi məhsulları Şəhid Rəcayi limanından ixrac olunub.

40 platforma və 2400 hektar ərazisi olan Şəhid Rəcayi limanı İranın ən böyük ticarət limanı olaraq ildə 90 milyon ton neft və qeyri-neft məhsullarının tutumuna malikdir.

Teqlər