Dek 15, 2015 12:43 Asia/Baku
  • Ayətullah Nuri-Həmədani Nigeriya şiələrinə hücumları pisləyib
    Ayətullah Nuri-Həmədani Nigeriya şiələrinə hücumları pisləyib

Qum şəhərində böyük təqlid mərcələrindən biri bir bəyanatda Nigeriya hərbçilərinin şiələrə və bu ölkənin islami cəmiyyətinin baş katibi höccətulislam İbrahim Əlzəkzakiyə hücum etmələrini pisləyib.

ISNA-nın məlumatına görə, Qum şəhərində böyük təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri-Həmədani çərşənbə axşamı günü bir bəyanatda Nigeriya hərbçilərinin bu ölkə şiələrinə hücum etmələrindən təəssüflənərək, müsəlmanlar və şiələrin hüquqlarının qorunması, eləcə də özbaşına hərbi ünsürlərin cəzalandırılmaları, həmçinin Əlzəkzakinin və digər zərər çəkənlərin azad və müalicə edilmələrini vurğulayıb.

Ayətullah Nuri-Həmədani bu bəyanatda hazırkı şəraitdə təfriqə salan təkfirçi və sələfçi qruplar və Bokoharam ilə mübarizədə müsəlmanların birliyinin qorunmasını zəruri sayaraq, Nigeriya hökumətindən istəyibdir ki, öz səylərini özünün əsl düşməni olan Bokoharam ilə mübarizə üçün göstərsin.

Qum şəhərində digər bir böyük təqlid mərcəyi- Ayətullah Lotfullah Safi-Qolpayeqani də dünən beynəlxalq və dünya ictimaiyyətinin Nigeriya şiələrinin qırğın edilmələri qarşısında susmalarını tənqid edərək, vurğulayıb: Bütün dünya bu çirkin cinayəti pisləməlidir və xüsusən islami ölkələr bu cür faciələrin qarşını almaq üçün lazımi və münasib addımlar atmalıdırlar.

Teqlər