Dek 18, 2015 14:46 Asia/Baku
  • Tehran əhalisi Nigeriya olaylarını qınadı
    Tehran əhalisi Nigeriya olaylarını qınadı

Bu gün Tehran əhalisi cümə namazında iştirak etdikdən sonra Nigeriyada şiələrin qırğın edilməsinə etiraz olaraq aksiya keçiriblər.

Aksiya iştirakçıları əllərində Nigeriya şiələrinin rəhbəri şeyx İbrahim Zəkzakinin fotoşəkillərini daşıyaraq "Hamımız şeyx Zəkzakiyik"şüarı verib, ona azadlıq tələb ediblər.

Nigeriya ordusu ötən həftə insanlığa yaraşmayan bir hərəkətdə bu ölkə şiələrindən 800 nəfəri qətlə yetirib.

Onlar həmçinin, Nigeriya şiələrinin rəhbəri olan şeyx İbrahim Zəkzakinin mənzilinə hücum edərək, oğlunu qətlə yetirib, özü və həyat yoldaşını isə yaraladıqdan sonra həbs ediblər.

Bu hadisənin ardıcna İran prezidenti Həsən Ruhani Nigeriya prezidenti ilə telefon söhbətində şiələrə qarşı zorakılığı qınayaraq, şeyx İbrahim Zəkzakinin azad edilməsini istəmişdi.

Teqlər