İran və Fransa parlamentləri sədrlərinin Tehranda mətbuat konfransı keçirilib
İran İslam Şurası Məclisi və Fransa Senatı rəhbərləri iki ölkənin parlament, iqtisadiyyat və regional əməkdaşlıqların genişləndirilməsi üzrə hazırlıqlarını bildiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əli Laricani və Jerard Larşe Tehranda keçirilən müştərək mətbuat konfransında iki ölkənin ikitərəfli əlaqələr və önəmli region məsələləri barədəki mövqelərini açıqlayıblar.
Laricani deyib: İran və Fransa müxtəlif regional, o cümlədən İraq, Livan, Suriya və Yəmən məsələləri və terrorizmlə mübarizə məsələləri barədə yaxşı əməkdaşlıqlar edə bilərlər.
İslam Şurası Məclisinin sədri İran və Fransanın terrorizmlə mübarizə barədəki mövqeyinin müştərək olduğunu qeyd edərək bildirib: Terrorizmlə mübarizə ciddi beynəlxalq iradəni tələb edir.
Fransa Senatının rəhbəri Jerard Larşe də bu mətbuat konfransında deyib: Fransa hər şeydən öncə İranla parlament əlaqələrini genişləndirmək və gücləndirmək niyyətindədir.
Fransa Senatının rəhbəri İran və Fransa parlament əməkdaşlıqlarının 14 ay öncədən başlandığını bildirərək əlavə edib: Bir neçə ay öncədən də İranı regionla qüdrət olaraq hesab edən Fransa Milli Təhlükəsizlik Komissiyasının hesabatı ilə bu əməkdaşlıqlar genişləndi.
Fransa Senatının rəhbəri Jerard Larşe parlament heyətinin müşayiəti ilə ikitərəfli əlaqələr və regional və beynəlxalq proseslər barədə İran İslam Respublikası rəsmiləri ilə görüşərək danışıqlar aparmaq üçün Tehrana səfər edib.