Dünyanın 30 ən iri üstün iqtisadiyyatı sərmayə qoyuluşu üçün İrana üz tutub
-
Dünyanın 30 ən iri üstün iqtisadiyyatı sərmayə qoyuluşu üçün İrana üz tutub
İranın İnvestisiya və Texniki-İqtisadi Yardımlar Təşkilatının sədri deyib: İndiyə kimi dünyanın 30 üstün iqtisadi qüdrəti investisiya məqsədi ilə öz nümayəndə heyətlərini İrana göndəriblər.
Məhəmməd Xəzayi Tehranda çıxan Etedal qəzetinə verdiyi müsahibədə deyib: İrana gələn bu heyətlər arasında Avropa ölkələri 60%-lik paya malikdirlər. Və ümumilikdə dünya iqtisadiyyatında təsirli rola malik olan 30-dan çox ölkə öz heyətlərini İrana göndərib.
M.Xəzayi həmçinin ümidvarlıq edib ki, nüvə anlaşmasının icra olunması və sanksiyaların ləğv edilməsi ilə İran bankları ilə digər ölkələrin bankları arasında qanuni pul əməliyyatlarının baş tutmasına zəmin yaranacaq. Bu isə xarici sərmayə sahiblərinin İrana girişi üçün ən mühüm və başlıca addım sayılır.