İran prezidenti seçki qərargahında olub
-
İran prezidenti seçki qərargahında olub
İran İslam Respublikası prezidenti Rəhbərlik Xübrəqanı Məclisinə 5-ci çağırış seçkiləri və İslam Şurası Məclisinə 10-cu çağırış seçkiləri ilə bağlı işləri yaxından izləmək üçün Daxili İşlər Nazirliyinin Seçki Qərargahında olub.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası prezidenti Həsən Ruhani Seçki Qərargahına baxış keçirdikdən sonra, Rəhbərlik Xübrəqanı Məclisi seçkilərində iştirak üçün namizədliyini irəli sürüb.
Seçki Qərargahının sədri Məhəmməd Hüsen Müqimi deyib: İndiyə kii 240 nəfər Rəhbərlik Xübrəqanı Məclisi, 1681 nəfər isə İslam Şurası Məclisi üçün namizədliyini irəli sürüb.
Məhəmməd Hüseyn Müqimi əlavə edib: İslam Şurası Məclisi üçün namizədliyini irəli sürənlərdən 105-i, Rəhbərlik Xübrəqanı Məclisi üçün isə namizədliyini irəli sürənlərdən 4-ü qadındır.
İranda İslam Şurası Məclisinə 10-cu çağırış seçkiləri Rəhbərlik Xübrəqanı Məclisinə 5-ci çağırış seçkiləri ilə bir vaxtda, 25 fevral 2016-cı ildə keçiriləcək.